Quba Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib.
Rayon İcra Hakimiyyətində təşkil olunmuş vətəndaşların növbəti fərdi qaydada qəbulunda Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHB aparatının şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib.
Qəbulda iştirak etmiş, hər bir vətəndaş diqqətlə dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, Rayon İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıqlar verilmiş, digər qaldırılan məsələlərlə bağlı isə aidiyyəti qurumların yerli rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Follow @7timesazHüseyn7Times.az