Ölkə

Quba rayonunda Dövlət qulluqçularının peşə bayramı günü qeyd olundu – FOTOLAR

Quba rayonunda Dövlət qulluqçularının peşə bayramı günü qeyd olundu – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
21 iyun 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin kollektivi, Quba rayonunda müxtəlif təşkilatlarda çalışan dövlət qulluqçuları 23 iyun – Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Ulu Öndər Heydər Əliyevin Quba şəhərində adını daşıyan mədəniyyət və istirahət parkındakı abidəsini ziyarət etmiş, Ümummilli Liderimizin abidəsinin qarşısına gül dəstələri qoymuşlar.
Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov rayonda çalışan dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik etmiş, ölkə rəhbərliyi tərəfindən bütün digər sahələrdə çalışan şəxslər kimi dövlət qulluqçularına da göstərilən yüksək dövlət qayğısı barədə ətraflı danışmış, dövlət qulluqçularının üzərinə düşən mühüm məsələlərə toxunmuşdur.
 
Gülay
7Times.az