Kriminal

Quba sakini Hacıqabulda tüfənglə tutuldu

Quba sakini Hacıqabulda tüfənglə tutuldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hacıqabulda üzərində tüfəng gəzdirən şəxs saxlanılıb.

Bu barədə 7times.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinə (RPŞ) bir nəfərin üzərində qanunsuz odlu silah olması barədə məlumat daxil olub.

Keçirilən əməliyyat tədbiri nəticəsində rayonunun Muğam qəsəbəsində yaşayan Quba rayon sakini İslam Məmmədov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Ondan müvafiq sənədləri olmayan qanunsuz saxlanılan “Tula” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.