Ölkə

Quba-Xaçmaz Regional Təhsil İdarəsində QALMAQALLI vəzifə təyinatları:İşdən çıxarılan idarə müdiri 20 nəfərin işə qəbul əmrini necə verib? – SİYAHI

Quba-Xaçmaz Regional Təhsil İdarəsində QALMAQALLI vəzifə təyinatları:İşdən çıxarılan idarə müdiri 20 nəfərin işə qəbul əmrini necə verib? SİYAHIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ay Xaçmaz şəhər 4 saylı tam orta məktəbinin 9-cu sinif şagirdini döydüyü üçün işdən azad edilən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev işdən azad edildikdən sonra 20-dən çox şəxs barəsində,onların müxtəlif təhsil müəssisələrinə rəhbər vəzifələrə təyin edilməsi üçün əmr verib.Maraqlısı budur ki,Rüfət Haciyev bu əmrləri məs özün işdən azad edildikdən sonra imzalayıb.

“7Times.az” həmin təyinatları təqdim edir:

  • 1.Bayramova Təbrizə Müsənnif qızı.İngilis dili müəllimi.Quba rayon Əliyar Rüstəmov adına tam orta məktəbi.Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı.
  • 2.Əskərov Elsəvər Ələskər oğlu.Tarix müəllimi.Quba rayonu Əliməmmədoba kənd orta məktəbi. Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı.
  • 3.İsmayılova Təranə Muradverdi qızı.İbtidai sinif müəllimi.Quba rayonu Qəşrəş kənd tam orta məktəbi.Tədris,Təlim-Tərbiyyə işləri üzrə direktor müavini.
  • 4.Manafov Elvin Yavər oğlu.Riyaziyyat müəllimi.Quba rayon İspik kənd orta məktəbi.Tədris,Təlim,Tərbiyyə işləri üzrə direktor müavini.
  • 5.Məlikova Könül Cəfər qızı.Azərbaycan dili və Ədəbiyyat.Quba rayonu Davudova kənd orta məktəbi.Tədris,Təlim-Tərbiyyə işləri üzrə direktor müavini
  • 6.Əlimirzəyev Elşən Cavid oğlu.Tarix müəllimi.Qusar rayon Əniq kənd tam orta məktəbi. Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı.
  • 7.İbrahimova Məlahət İskəndər qızı.İbtidai sinif.Qusar şəhər Elxan Güləliyev adına 2 nömrəli tam orta məktəb. Tədris,Təlim-Tərbiyyə işləri üzrə direktor müavini
  • 8.Kazımov Rahil Sabir oğlu.Tarix müəllimi.Qusar şəhər Tofiq İsmayılov adına 6-nömrəli tam orta məktəb. Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı.
  • 9.Məmmədova Lamiyə Qüdrət qızı.Coğrafiya müəllimi.Qusar rayon Atlıxan tam orta məktəbi. Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı.
  • 10.Mustafayeva Natavan Mayıl qızı.Riyaziyyat müəllimi.Qusar rayon Ağamməd Şıxməmmədova adına Həsənqala kənd orta məktəbi. Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə direktor müavini.
  • 11.Tərlanov Rəfayel İldırım.Coğrafiya müəllimi.Qusar rayon Gedezeyxur kənd orta məktəbi.Tədris,Təlim-Tərbiyyə işləri üzrə direktor müavini
  • 12.Paşayeva Şəmsiyyə Şəmsəddin qızı.Xaçmaz.Qusar şəhər 4-nömrəli tam orta məktəbi.Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı.

Qeyd edək ki, Rüfət Hacıyev 28-noyabr tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsindən azad edilib.O,Xaçmaz şəhər 4 saylı tam orta məktəbinin 9-cu sinif şagirdini, Mirzəyev Nizam Ramiz oğlunu döymüşdü.

Bu ilin mart ayında isə Quba Rayon Prokurorluğunda barəsində  Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308,1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılmışdı.

Bir müddət öncə isə iclasa mobil telefonla gəldiyi üçün ona Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tərəfindən irad tutulmuşdu. İradla razılaşmayan Rüfət Hacıyev icra başçısı tərəfindən iclasdan qovulmuşdu.

Cəlal Fərzəluyev

7Times.az