Qubada 20 yaşlı gənc intihar edib.
“Report” xəbər verir ki, hadisə rayonun Cadarı kəndində qeydə alınıb.
Belə ki, rayon sakini 2003-cü il təvəllüdlü Zümreddin Əlixanovun meyiti yaşadığı evin həyətində ağacdan asılı vəziyyətdə tapılıb.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə təhvil verilib.
İntiharın dəqiq səbəbləri araşdırılır.
Follow @7timesaz