Cəmiyyət

Qubada 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar konfrans keçirilir – FOTOLAR

Qubada 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar konfrans keçirilir – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qubada 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Etnik təmizləmə və soyqırımı cinayətlərinin hüquqi aspektləri: tarixi faktlar kontekstində” mövzusunda konfrans başlayıb.

“Report”un Şimal bürosunun xəbərinə görə, toplantı Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsman), Qərbi Azərbaycan İcmasının və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir.

Ombudsman Səbinə Əliyeva, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və digər rəsmi şəxslərin iştirak etdiyi konfrans Qubadakı Heydər Əliyev Mərkəzində təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə Quba şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, qarşısına gül dəstələri düzüblər.

Sonra Quba Soyqırımı Memorial Kompleksi ziyarət olunub, soyqırımı qurbanlarının xatirəsi anılıb.

Konfransa videokonfrans vasitəsilə Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu rəhbərinin müavini Nimet Özkaya Sevim və Nəcməddin Ərbakan Universitetinin dosenti Yusuf Sayın da qoşulacaq.