26 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Daxili Qoşunların Quba rayonunda yerləşən “N” saylı hərbi hissəsində tədbir keçirilib.
7Times.az xəbər verir ki, tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon Ağsaqqallar Şurasının və RİH yanında İctimai Şuranın sədrləri, şəhid ailələri və qazilər iştirak edib.
Əvvəlcə Daxili Qoşunların “N” saylı hərbi hissəsində Ulu Öndər Heydər Əliyevin panosu və şəhidlərin abidə guşəsinin önünə gül dəstələri düzmüş, sonra isə hərbi hissənin sıra meydanında tədbirin rəsmi hissəsi keçirilib.
Tədbirdə çıxış edənlər şəxsi heyəti bayram münasibətilə təbrik etmiş və Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi şərəfli döyüş yoluna nəzər salınıb.
Çıxışlarda qeyd olunub ki, 2020-ci ilin ilin sentyabr ayının 27-də təmas xəttində düşmən təxribatının qarşısı alınmış və əks-hücum əməliyyatı nəticəsidə şanlı ordumuz 44 gün ərzində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın bir dövr ərzində düşmən işğalı altında olan dədə-baba torpaqlarımızı azad edərək tarixi Zəfər qazanmışdır. Ötən ilin sentyabr ayının 19-da keçirilən 24 saatdan az bir müddətdə davam edən antiterror əməliyyatı nəticəsində isə suverenliyimiz bərba olunmuşdur. Bildirilmişdir ki, bu şanlı Qələbənin əldə edilməsinin mərkəzində dayanan ordumuzun qüdrətlənməsinə son 31 ildə xüsusi önəm verilmiş, ən müasir döyüş texnikaları alınmış, əsgər və zabitlərimizin sosial şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılmışdır.
Siyasi və iqtisadi baxımdan sabit, davamlı və dayanıqlı inkişaf edən Azərbaycanın bu günki nailiyyətləri məhz Ulu Öndər Heydər Əliyev siyasətinin və bu siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla, qətiyyətlə davam etdirilməsinin məntiqi nəticəsidir.
Sonra hərbi xidmətdə fərqlənən hərbi qulluqçular fəxri fərmanlarla təltif edilib.
Rəsmi hissəsi başa çatdıqdan sonra hərbi hissənin klubunda Quba Rayon İcra Hakimiyyətinin və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə konsert proqramı təşkil edilmiş, konsert proqramında rayonumuzun mədəniyyət müəssisələrinin kollektivləri, eləcə də regionun müğənniləri musiqi nömrələri ilə çıxışlar ediblər.
Müşfiq Qərib
7Times.az
Follow @7timesaz