Quba rayonunda artıq bir-neçə gündür ki, çörəyin qiymətində artım müşahidə olunub.
7times.az xəbər verir ki, sakinlərin sözlərinə görə, qiymət artımı onların daha çox istifadə etdikləri zavod çörəklərində edilib. 40 qəpiyə satılan çörək, 10 qəpik artırılaraq 50 qəpik olub.
Sakinlər bildirib ki, çörəyin çəkisində dəyişiklik olsa, narazı olmazlar.
Bəs qiymət artımı çörəyin çəkisinə təsir edibmi?
Daha ətraflı Baku TV-nin süjetində:
Follow @7timesaz