Cəmiyyət

Qubada polis reyd keçirdi – Fotolar

Qubada polis reyd keçirdi – Fotolarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir. Sonuncu belə tədbir Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təşkil olunub.

7times.az xəbər verir ki, reyd zamanı polislər rayon sakinləri ilə profilaktik söhbətlər apararaq onları tənəffüs yollarını qoruyan maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.

Polis əməkdaşları tərəfindən qapalı və açıq məkanlarda tibbi maskadan istifadə etməyənlər barəsində qanunamüvafiq tədbirlər görülüb. Edilən xəbərdarlıqlara rəğmən qayadalara laqeydlik nümayiş etdirənlər barəsində inzibati protokol tərtib edilərək cərimələniblər.

Reyd zamanı həmdə atmosferə normadan artıq zəhhərli qaz buraxan nəqliyyat vasitələri və digər qayda pozuntusuna yol verən sürücülər cərimə edilib.

Quba RPŞ nin DYPB-nin əməkdaşı Nail Əliyevin 7times.az-a verdiyi məlumata görə bu kimi reydlər mütamadi olaraq həyata keçiriləcək.

Cəlal Fərzəliyev