Talassemiyalı və hemofiliyalı xəstələrə köməklik göstərilməsi məqsədilə qanvermə aksiyası keçirilib.
16 iyul 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə talassemiyalı və hemofiliyalı xəstələrə köməklik göstərilməsi məqsədilə Mərkəzi Qan Bankının Quba bölməsində qanvermə aksiyası keçirilib.
Qanvermə aksiyasında Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyəti başçısının aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, şəhid ailələri və qazilər, din xadimləri, RİHB-nın İƏD-lər üzrə nümayəndələri və bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, habelə rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edib.