Quba rayonunun Vəlvələ kəndində örüş sahələri zəbt edilib.
7times.az xəbər verir ki, kənd sakinlərinin istifadəsində olan 65 hektar örüş torpaqları hasarlanaraq meyvə bağları salınıb. Bu azmış kimi ərazidə olan yollar da bağlanıb və insanların hərəkəti məhdudlaşdırılıb. Mal-qaranı otarmaq üçün örüş sahəsi olmadığından sakinlərin bəziləri heyvanlarını satmağa məcbur olub. Hələ də maldarçılıqla məşğul olanlar isə mal-qaralarını ya evdə saxlayır, ya da çayların kənarlarında.
Örüş sahəsinin zəbt edilməsi Vəlvələ kəndində maldarçılığın inkişafına böyük əngəl yaradıb. Çarəsiz qalan kənd sakinləri dərdlərinə əlac qılmaq üçün Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə müraciət edib.
7times.az-ın kənddən hazırladığı reportajı təqdim edirik:
Cəlal Fərzəliyev
Follow @7timesaz