Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev bu gün azadlığa çıxır.
7times.az xəbər verir ki, avqust ayının 22-sı həbs olunan qudaların bu gün 15 sutkalıq inzibati cəzası başa çatıb. Adıçəkilən şəxslər Abşeron Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəllənin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) maddəsi ilə cəzalandırılmışdılar.
Qeyd edək ki, R.Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev 18 avqustda karantin qaydalarını pozaraq Novxanı qəsəbəsində qızı Fidan Əliyevaya toy etmişdi. unikal.org
Follow @7timesaz