ABŞ-lı elm adamlarının həyata keçirdiyi araşdırmanın lideri insanlara protein qəbul etmək üçün böcək yemək məcburiyyətində qala biləcəklərini xəbərdarlıq edib.
7times.az Moderator.az-a istinadla xəbər verir ki, “İnsanların sayı artmağa davam edir və protein istehsalına olan təzyiq davamlı olaraq artır” şəklində danışan elm adamı iqlim böhranın planetin təbii ehtiyatlarını tükətdiyini və dünya əhalisinin sürətlə artdığını deyib.
Elm adamları bəzi inkişaf etmiş ölkələrdə qida qıtlığının təsirlərinin indidən ortaya çıxdığını, ancaq heç bir ölkənin bu riskdən sığortalanmadığını söyləyib.
Böcəklərin insanların qida tələbini ödəyə biləcəyi protein ehtiva edən alternativ və davamlı qida mənbəyi olduğunu söyləyən elm adamları “Böcəklərin qida olaraq qəbul edilməsi göründüyü qədər qəribə bir fikir deyil. Onları qəbul etməyin son dərəcə faydalı tərəfləri var. Məsələn, un qurdları tamamilə protein mənbəyidir və bir çox qidalandırıcı xüsusiyyəti var”deyib.
Follow @7timesaz