Füzulidə minaya düşərək şəhid olmuş 20 yaşlı əsgər Rəşad Cavadovun cənazəsi doğulduğu Qusar rayonunun Hil kəndinə çatıb.
7times.az xəbər verir ki, əvvəlcə cənazə əsgərin ata evinə gətirilib.Vida mərasimindən sonra şəhid əsgər kənd qəbristanlığında dəfn edilib. Dəfn mərasimində rayon rəsmiləri, sakinlər, ictimaiyyət nümayəndələri iştirak edib. Qusar İH başçısı Şair Alxasov əsgər Rəşad Cavadovun xidmət zamanı artıq məhv edilmiş düşmənin çoxsaylı təxribatlarının nəticəsində – mina partlaması nəticəsində şəhid olduğunu qeyd edib, ailəsinə dərin hüznlə başsağlığı verib. Rayon rəhbəri işğaldan azad edilmiş torpaqlarımızda minalanmış ərazilərin təmizlənməsi istiqamətində aparılan işlərdən də danışıb.
Şəhid Rəşad Cavadovun nəşi bükülmüş Azərbaycan bayrağını atası Fərzəl Cavadova təqdim edilib. Ordu sıralarına 2019-cu ilin oktyabr ayında yollanmış 20 yaşlı Rəşad Cavadov Hil kəndinin Vətən müharibəsində verdiyi 3-cü şəhiddir. Bundan əvvəl hərbi qulluqçular Ümid Xəncəlov və Rail Ramazanov döyüşlərdə şəhid olublar.
Follow @7timesaz