Manşet

Qusarda meşələr belə məhv edilir – VİDEO

Qusarda meşələr belə məhv edilir – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qusar meşələri məhv edilir. Quba regional meşə mühafizə mərkəzinin Qusar meşəbəyliyinin 1-ci dolayında 100-ə yaxın müxtəlif növ ağac kəsilib.

7times.az-ın çəkiliş qrupu sözü gedən ərazidə olub və mövcud vəziyyəti lentə alıb.

Əldə etdiyimiz məlumata görə, məsələ ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həmin ərazidə araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsi barədə məlumat verəcəyik.

Qeyd edək ki, palıd, dəndə və müxtəlif növ qiymətli ağaclar bir neçə gün bundan öncə kəsilib. Əldə etdiyimiz məlumata görə, kəsilən ağaclar tikinti matreallarının emalı üçün istifadə edilib. Qusar rayonunun Yuxarı Qələxur kəndi ərazisində yerləşən həmin meşə massivində lentə alınan görüntüləri sizə təqdim edirik:

Cəlal Fərzəliyev.