Manşet

Qusarda meşələrin qanunsuz qırılmasına nazirlik qarışdı: əraziyə operativ baxış keçirildi – VİDEO

Qusarda meşələrin qanunsuz qırılmasına nazirlik qarışdı: əraziyə operativ baxış keçirildi – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2 gün öncə Qusarda meşələrin qanunsuz məhv edilməsi ilə bağlı 7times.az-ın təqdim etdiyi reportajdan sonra ETS-i məsələyə müdaxilə edərək sözügedən əraziyə operativ komissiya cəlb edib.

Quba Regional Meşə Mühafizə Mərkəzinin Qusar meşəbəyliyinin 1-ci dolayında baş verən qanunsuz qırıntıya məruz qalan meşə massivində aparılan yoxlamalar nəticəsində diametri 20-30 mm olan bir neçə ağacın qanunsuz kəsilməsi faktı təsbit edilərək müvafiq tədbirlərin görülməsi üçün tapşırıq verilib.