İngiltərədə yol polisi “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanı saxlayıb.
Fanat.Az “Marca”ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis avtomobilini düzgün park etmədiyi – qoşa sarı xəttlə işarələnmiş ərazidə saxladığı üçün cərimələnib.
Bu zaman o, polislə maraqlı dialoq yaşayıb.
Qvardiola onu cərimələyən yol polisinin fotoşəkil istəməsinə zarafatla: “Şəkil çəkdirmək istəyirsən? Fotonun pulunu ödəməlisən!” deyib.