7Times.az-ın “Bir sual bir cavab” rubrikasında bu günün mövzusu radara düşən sürücülərlə bağlıdır.
“Magistral yollarda kameraya ya da radara düşmüsünüzsə, buna görə sizi hansısa ofisə, posta çağırmaq, maşına əyləşdirib bu qərarla bağlı hər hansı söhbət etmək qanunsuz və əsassızdır”.
Bunu 7Times.az-a “Norma” hüquq mərkəzinin rəhbəri Şamil Paşayev deyib.
Hüquqşşünas əlavə edib ki, xüsusi texniki vasitələrlə aşkar olunan inzibati xətalar sürücünün ünvanına göndərilməli və qərar qəbul edilməlidir.