Ölkə

Ramanada “Z” işarələri peyda olub – FOTOLAR

Ramanada “Z” işarələri peyda olub – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Ramana qəsəbəsində son günlər heç də birmənalı qarşılanmayan “Z” işarəsi peyda olub.

7Times.az  Oxu.Az-a istinadən xəbər verir ki, divarlarda və yük maşınlarının üzərində qırmızı rəngli işarələr olduğu görünür.

Qeyd edək ki, fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin Ukraynada genişmiqyaslı hərbi əməliyyatların başlandığını elan edib. Bundan sonra Rusiya hərbi bölmələrinin texnikalarının üzərində “V” və  “Z” işarələri qeyd olunub. Rusiya Müdafiə Nazirliyi bu işarələri “Z” – “Qələbə uğrunda” (“Za pobedu”) və “V” – “Güc həqiqətdədir” (“Sila v pravde”), həmçinin “Vəzifə yerinə yetiriləcək” (“Zadaça budet vıpolnena”) kimi təfsir edib.