AMEA prezidenti Ramiz Mehdiyev Prezident Administrasiyası rəhbəri olduğu dövrdə bir sıra deputatlar və icra başçıları onun himayəsi altında olublar.
R.Mehdiyev parlamentin və yerli idarəetmə orqanlarının kadr potensialını öz adamlarından təşkil edirdi.
Eyni sözləri İcra Hakimiyyətləri haqqında da söyləmək olar. Keçmiş PA rəhbəri rayonlarda özünü padşah kimi aparan, korrupsiyaya bulaşan icra başçılarını himayə edirdi.
2018-ci ildən prezidentin başladığı genişmiqyaslı kadr dəyişiklikləri nəticəsində R.Mehdiyevin bir çox kadrları İH-lərdən təmizlənməyə başlayıb.
Onlardan bəziləri işdən azad edilib, altı nəfəri isə rüşvətlə həbs olunub. Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdiyi əməliyyatla həbs edilən Ağstafanın eks-başçısı Nizaməddin Quliyev, Yevlaxın icra başçısı Qoca Səmədov, İmişlinin icra başçısı Vilyam Hacıyev, Neftçala icra başçısı İsmayıl Vəliyev, Biləsuvar icra başçısı Mahir Quliyev, Kürdəmir icra başçısı Ceyhun Cəfərov məhz R.Mehdiyevin “əlindən su içən”, onun yetişdirdiyi kadrlar idilər.
Follow @7timesaz