Ölkə

Ramiz Mehdiyevin general qohumu işdən çıxarıldı

Ramiz Mehdiyevin general qohumu işdən çıxarıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsi (DGK) Qərb Ərazi  Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti generalı Telman Hüseynqulu oğlu Mehdiyev tutduğu vəzifədən istefa verib. 

7Times.az xəbər verir ki, məlumatı tanınmış hərəkatçı və jurnalist Fərəməz Novruzoğlu (Allahverdiyev) verib.

O qeyd edib ki, Telman Mehdiyev dünən DGK sədrinin adına ərizə ilə müraciət edib:

“O, ərizəsində qeyd edib ki, yaş həddi ilə əlaqədar təqaüdə çıxması üçün onu tutduğu vəzifədən azad etsinlər. Bu gün Telman Mehdiyevin müraciətinə baxılıb və vəzifəsindən azad edilib”.

Telman Mehdiyev PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin əmisi nəvəsidir. Telman Mehdiyevin atası Hüseynqulu Mehdiyev Ramiz Mehdiyevin əmisi oğludur.