Cəmiyyət

Reanimasiyada olan xəstələrin sayı AÇIQLANDI

19 nəfər isə süni tənəffüs cihazındadır.

Reanimasiyada olan xəstələrin sayı AÇIQLANDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 26-na olan statistik göstəriciləri açıqlayıb.

7times.az xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 1 904 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 150 nəfər reanimasiyada, 19 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə 35 707 nəfər virusa yoluxub, 33 281 nəfər sağalıb.

Bu gün 6 791 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 892 070 test aparılıb.

Qeyd edək ki, bu gün 148 koronavirusa yoluxma faktı qeydə alınıb, 91 nəfər sağalıb, 1 nəfər ölüb.