Böyük Britaniyanın prestijli Epsom kollecinin rəhbəri 45 yaşlı Emma Pattinson əri və 7 yaşlı qızı ilə birlikdə kampusda ölü tapılıb.
7Times.az xəbər verir ki, polisin bəyanatına görə, ailənin ölüm səbəbini müəyyən etmək üçün araşdırma başlanılıb.
Məlumata görə, Emma 6 ay öncə rəhbər vəzifəsinə təyin olunub və 1855-ci ildə əsası qoyulan kollecin lk qadın rəhbəri olub.
“Teleqraf”-ın yaydığı xəbərdə bildirilir ki, ailənin cəsədlərinin tapılmasından az əvvəl silah səsləri eşidilib.