Cəmiyyət

Rejissor “Az Graft Construction” şirkətinin fəaliyyətindən narazıdır – ŞİKAYƏT

Rejissor “Az Graft Construction” şirkətinin fəaliyyətindən narazıdır – ŞİKAYƏTbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

44 günlük vətən müharibəsi başa çatdıqdan sonra, ölkə başçısının sərəcamına əsasən zərər görmüş ev və təsərrüfatların bərpası davam etdirilir.

Lakin bununla bağlı müəyyən narazılıqlar yaşanmaqdadır. Belə şikayətlərdən biri də, Füzuli rayon sakini rejissor İsrafil Xanlarov tərəfindən bildirilib.

7times.az xəbər verir ki, şikayətçi“Yeni Gündəm”ə məsələ ilə bağlı ətraflı müsahibə verib. Həmin şikayəti olduğu kimi təqdim edirik.

“Mən İsrafil Xanlarov Füzuli rayonu, Babı kəndində özüməxsus olan evim 44 günlük müharibədə düşmənin atdığı “Toçka U” raketinin zərbəsi nəticəsində ciddi hasar görüb.

Bununla bağlı rayon icra hakimiyyəti, prokurorluq və FHN tərəfindən evimə baxış keçirdi. Bu məsələnin həll olunması üçün “Az Graft Construction” şirkəti təyin edildi, onların rəyinə əsasən ev 4350 manat civarında ziyan gördüyü və kompensasiya təyin edilib.

Bununla bağlı razılaşmadım və dəyən ziyanın daha çox olduğunu bildirdim. Daha sonra 4550 manatlıq yeni məbləğ bildirdilər. Bununla yanaşı digər dəstəklər göstərəcəklər. Bu yaxınlarda məvacibin ödənilməsi ilə bağlı zəng etdilər və razılaşdım.

Lakin növbəti gün məbləğin əvvəlki qiymətlə deyil, 4000 azn olduğunu bildirdi və məbləğin hələki dövlət tərəfindən təyin olunan məbləğ yox, öz təşəbbüsü ilə verdiyini bildirdi. Qalan məbləğin əvəzində isə müəyyən tikinti materialları ilə ödəniləcəyini qeyd etdi. Dəqiqləşdirmək məqsədi ilə inşaat mühəndisi ilə danışıb razılığa gələ biləcəyimi söylədim. Lakin qısa müddət sonra yenidən fikirlərindən daşınaraq mənə vəd verilən pulu da verməkdən imtina etdilər və yalnız evin təmirinə kömək olacaqlarını bildiriblər.

Məsələ ilə bağlı rayon icra Hakimiyyətinin tikinti sahəsi üzrə məsul şəxsi Natiq müəllimlə əlaqə yaratdım. O, mənə dəstək olacaqlarını əmin etdi, amma problemin həlli üçün hələdə köməklik edilməyib.

Onuda qeyd edim ki, övladım II Qarabağ müharibə iştirakçısıdır və hazırda da xidmətini davam etdirir. Bir övladım isə “Füzuli və Xocavənd” uğrunda medalları ilə təltif olunublar.
Buradan Prezident İlham Əliyev və Birinci vitse Prezidentimiz Mehriban Əliyevaya müraciət edirəm və onlardan bu məsələdə kömək etməklərini, bu şirkətin yalan vədlərindən canımızı qurtarmağı, mənə sizin tərəfdən təyin olunan kompensasiyanın verilməsi barədə göstəriş verilməsini xahiş edirəm.”

Qeyd edək ki, şikayətçinin adını səsləndirdiyi “Az Graft Construction” şirkəti təmir tikinti işi ilə məşğuldur.

Obyektivlik prinsipini əsas götürərək qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Məsələ diqqətimizdədir.