Avropalı astronomlar kürədən daha çox reqbi topuna bənzəyən deformasiyaya uğramış ekzoplanet aşkar ediblər.
“WASP-103b” adı verilən nəhəng planet Herkules bürcündə yerləşir və ölçüsü Yupiterdən təxminən iki dəfə, kütləsi isə bir yarım dəfə böyükdür. O, öz ulduzuna Yerin Günəşə olduğundan təxminən 50 dəfə yaxındır.
Ekzoplanetdəki deformasiyanın onun ana ulduzunun cazibə qüvvəsi nəticəsində əmələ gəldiyi bildirilib. Bu qüvvənin Ayın Yerə təsirindən dəfələrlə güclü olduğu qeyd edilib. Cazibə qüvvəsinin belə təsirli olmasına isə ekzoplanetin ana ulduza həddindən artıq yaxın olması səbəb olub.
(oxu.az)
Follow @7timesaz