“Bərdədə məktəbli qızın başına gətirilən bədbəxt hadisə ilə bağlı prosesi yaxından izləyirəm və nəticəni səbrsizliklə gözləyirəm”.
7Times.az bildirir ki, bunu Xalq artisti Röya Ayxan deyib.
O qeyd edib ki, Bərdədə bibiləri, onların qızları, balaları yaşayır. “Bir qadın kimi mənə təsir etdi, ölkəmdə baş verdiyi üçün utandım. Azərbaycan polisinə təşəkkür edirəm, səbəbkarları tapıblar. Lakin onlardan rica edirəm ki, 14 yaşlı bir yeniyetməyə bu cür rəftar edən o 4 nəfər ən ağır şəkildə cəzalandırılsın. Çox xahiş edirəm, məsələyə həssaslıqla yanaşsınlar. Hər kəsin övladı var”, deyə müğənni əlavə edib.Xatırladaq ki, ötən gün Bərdədə 2007-ci il təvəllüdlü qıza qarşı qeyri-etik və zorakılıq hərəkətləri edən şəxslər bu əməllərini videoya çəkərək yayıblar. Hadisədən xəbər tutan qızın ailəsi rayon polis şöbəsinə məlumat verib, onlar Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində müəyyən edilib.
Follow @7timesaz