Aktual

Rubl bir qədər də bahalaşdı – Rusiyadan idxal edilən qida mallarının dəyəri yüksəlir

Rubl bir qədər də bahalaşdı – Rusiyadan idxal edilən qida mallarının dəyəri yüksəlirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dollar/rubl məzənnəsində enmə davam edir. Bu gün məzənnə bir qədər də enərək bir dollar 50,7 rubl olub.

Sfera.az xatırladır ki, dünən məzənnə 53,4 idi. Bir gündə dolların rubl qarşısında 5 faiz ucuzlaşması qeydə alınıb.

Hazırda rubl 2014-cü ilin noyabrından sonra ən yüksək dəyərə sahibdir.

Rublun bahalaşması Azərbaycanda da müşahidə edilir. 2022-ci ilin martın əvvəlində 100 rubl 12-13 manat olduğu halda hazırda 32 manatdır.

Kommersiya banklarında isə rubl daha bahadır. Banklardan 100 rublu 35-37 manata almaq mümkündür.

Rublun davamlı bahalaşması Rusiya mallarının dəyərinin yüksəlməsinə də səbəb olur. Bu hal Azərbaycan üçün əlverişli deyil. Çünki Azərbaycanla Rusiya arasında böyük ticarət dövriyyəmiz var və biz şimal qonşumuza böyük həcmdə məhsul ixrac etdiyimiz kimi zəruri qida və digər malları da idxal edirik.

Rubl bahalaşdıqda Rusiyadan alınan malların dəyəri artır, Azərbaycandan Rusiyaya satılan malların dəyəri isə ucuzlaşır. Buna görə də indi Rusiyadan mal idxal etmək sərfəli deyil, amma Rusiyaya mal ixrac etmək əlverişlidir.

 

Qeyd edək ki, Azərbaycan Rusiyadan əsasən qida məhsulları alır. Rublun son bir neçə ayda 2 dəfədən çox bahalaşması həmin qida mallarının dəyərini də artırıb.

 

Azərbaycan Rusiyadan buğda və undan başqa diri ev toyuqları, ət məhsulları, süd məhsulları, günəbaxan, qarğıdalı və kərə yağları, müxtəlif növ şokaladlar və digər çoxlu sayda vacib qida malları idxal edir. Bahalaşan rubl bu malların dəyərini artırır.