Dünya

Rublda ucuzlaşma dayanmır – SƏBƏBLƏR

Rublda ucuzlaşma dayanmır – SƏBƏBLƏRbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya rublunda son aylarda müşahidə edilən ucuzlaşma davam edir. 

7Times.az  xatırladır ki, dollar/rubl məzənnəsi uzun müddət sabit qaldıqdan sonra ötən ilin noyabrının ikinci yarısından yüksəlir. Noyabrda bir dollar 60 rubl olduğu halda 2022-ci ilin sonunda məzənnə 71 həddini keçib. Yeni ildən dollar bir qədər ucuzlaşaraq 68 rubla düşsə də, bu ilin yanvarın 10-dan yenidən yüksəlir. Hazırda dollar 73-74 rubla dəyişdirilir.

Müqayisə göstərir ki, son 3 ayda dollar rublla müqayisədə 21 faizdən çox bahalaşıb.

Rus rublunun son aylarda dəyər itirməsinin əsas səbəbi ölkənin əsas gəlir mənbəyi olan neft və neft məhsullarına qiymət tavanının tətbiq edilməsi, həmçinin Avropa ölkələrinin Rusiyadan yanacaq idxalını azaltmasıdır. ABŞ və Avropanın Rusiyanın neft və qaz satışına məhdudiyyət gətirməsi həm dövlətin, həm də özəl sektorun neft-qaz sektorundan əldə etdiyi gəliri xeyli azaldıb.

Rublu ucuzlaşdıran digər səbəb ölkədən valyuta axınının yüksək olmasıdır. Son aylarda da Rusiyadan milyardlarla dollar dəyərində valyuta xaricə, o cümlədən Azərbaycana göndərilib. Xaricə daha çox valyutanın göndərilməsi rublu dəyərdən salır.

Əgər gəlirlərdə azalma və xaricə pul göndərilməsi indiki sürətlrə davam edərsə, rus rublunun ucuzlaşması daha bir neçə ay müşahidə ediləcək.