Xaçmaz şəhər M.Məhəmmədov adına 4- nömrəli tam orta məktəbinin direktoru Akif İslamov direktor vəzifəsindən azad edilib.
“7Times.az” xəbər verir ki,o öz ərizəsi ilə tutduğu vəzifədən ayrılıb.
Direktor səlahiyyətləri məktəbin direktor müavini olan Mehman İbrahimova həvalə edilib.
Qeyd edək ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin keçmiş müdiri,hazırda həbsdə olan Rüfət Haciyev ötən ilin noyabr ayında həmin məktəbin 9-cu sinif şagirdi olan,2007- ci il təvəllüdlü Mirzəyev Nizam Ramiz oğlunu döymüşdü.
Follow @7timesazLalə
7Times.az