Aktual

“Rus hərbçilər qadınlarımızı ZORLAYIR …”-Ukrayna XİN-dən ŞOK AÇIQLAMALAR

“Rus hərbçilər qadınlarımızı ZORLAYIR …”-Ukrayna XİN-dən ŞOK AÇIQLAMALARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Rusiya əsgərlərinin Ukraynada qadınları zorladığını bildirib.

7Times.az  moderator.az-a istinadla xəbər verir ki, o açıqlaması zamanı, “Təəssüf ki, bizdə rus əsgərlərinin Ukrayna şəhərlərində qadınları zorlaması ilə bağlı çoxsaylı faktlar var”-deyə o, bildirib.

Kuleba işğal olunmuş ərazilərdə çoxlu zorlama hallarının olduğunu iddia edib. Yığıncaqda sviter və gödəkçədə iştirak edən Kuleba, “xarici işlər nazirinə bənzəmədiyim üçün üzr istəyirəm” deyib. O, millətin iztirabları arasında beynəlxalq hüquqdan danışmağın çətin olduğunu bildirib.

Nazir iddiasını sübut edəcək faktlar təqdim etməyib. Lakin Ukrayna mediası bir həftədən çox davam edən döyüşlərdən sonra Rusiyanın ələ keçirdiyi yeganə böyük şəhər olan Xersonda 11 zorlama hadisəsinin qeydə alındığını bildirib.

Kuleba medianı Rusiyanın Ukraynaya qarşı cinayətləri haqqında həqiqəti yaymağa çağırıb. “Biz bizdən qat-qat güclü olan düşmənə qarşı vuruşuruq. Ancaq beynəlxalq hüquq bizim tərəfimizdədir və ümid edirəm ki, o, bizə kömək edəcək”-deyə o, bildirib.