Aktual

Rus rublu kəskin ucuzlaşdı – SON VƏZİYYƏT

Rus rublu kəskin ucuzlaşdı – SON VƏZİYYƏTbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 28-də rubl tarixində ən aşağı səviyyəyə düşüb.

Metbuat.az “Reuters”ə istinadən xəbər verir ki, bazar ertəsi səhər saatlarında Rusiya rublu dollar qarşısında təxminən 29% ucuzlaşıb. Analitiklər bu vəziyyəti Kremlin Ukraynaya müdaxiləsinə qarşı artan reaksiya fonunda Qərb dövlətlərinin Rusiyanı cəzalandırmaq üçün tətbiq edilən sanksiyaların təsiri kimi qiymətləndirlər. “Bloomberg”in məlumatına görə, Rusiya rublu dollar qarşısında 117,81-ə bərabər olub. Rusiya Federasiyasının Mərkəzi Bankının rəsmi məzənnəsi isə 1 dollar üçün 83,5 rubl təşkil edir.

Son günlər tədricən ucuzlaşan rus rublu fevralın 28-də manat qarşısında da kəskin dəyər itirib. Mərkəzi Bankın bu günə açıqladığı rəsmi məzənnələrə əsasən 1000 rus rublu cəmi 15,7 manatdır. Qeyd edək ki, fevralın 25-də 1000 rus rublunun məzənnəsi 22 manat idi, başqa sözlə bir gün ərzində rusiya milli valyutası manat qarşısında 21% dəyər itirib.

Maliyyə ekspertlərinin açıqlamasına görə bazar ertəsi, fevralın 28-də ticarətin açılışında rubl hər dollar üçün 300-ə çatacaq.