İqtisadiyyat

“Rusiya Azərbaycan üçün ən böyük ixrac bazarıdır“ – Xalid Kərimli

“Rusiya Azərbaycan üçün ən böyük ixrac bazarıdır“ – Xalid Kərimlibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illər Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq inkişaf edib, ticarət dövriyyəsi xeyli yüksəlib. Hazırda isə iki dövlət arasında iqtisadi və humanitar sahələrin əksər siferalarını əhatə edən 7 yol xəritəsi icra olunub. Rusiya ilə iqtisadi əməkdaşlığın güclənməsi Azərbaycan üçün hansı səmərə vəd edir? Rusiya kimi nəhəng bir bazara asan çıxış əldə etmək Azərbaycan iqtisadiyyatına nə qazandıracaqdır?

7times.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki,  Rusiya-Azərbaycan iqtisadi əlaqələri ölkəmiz üçün çox mühimdür.

“Azərbaycanın qeyri-neft ixracında Rusiya birinci yeri tutur. Xüsusilə, kənd təsərrüfatı məhsullarının ixrac bazarı hesab olunur. Rusiyanın iqtisadiyyatında 100 minlərlə azərabaycanlı iştirak edir. Bu da Azərbaycana əlavə maliyyə resuslarının daxil olması deməkdir. Bu baxımdan Rusiyanın qeyri-neft sektorunu dəstəkləməsi olduqca vacibdir. Bu əlaələr ölkəmizdə üzümçülük, heyvandarlıq sektorunun da inkişafına təkan verir.

Bir daha qeyd etməliyəm ki, reytinq sıralamasında Rusiya Azərbaycanın iqtisadiyyatının mal-əmtəə ixrac əmıəliyyatları siyahısında birinci yeri tutur”. /KONKRET.az