Rusiya qazının Avropaya nəqli ilə bağlı yaranmış məlum problem Azərbaycan qazına olan tələbatı artırıb. Qeyd edək ki, bu ilin I rübündə Azərbaycandan Avropaya 2,6 mlrd. kubmetr qaz ixrac edilib. Bəzi yerli ekspertlər hesab edir ki, Rusiya Azərbaycanın qaz nəqlinin artdığıan görə, ona sanksiyalar tərtib edə bilər.
Politoloq Turan Rzayev “7times.az”a açıqlamasında bildirib ki, davam edən Rusiya-Ukrayna müharibəsi dünya bazarlarında qazın qiymətlərinə təsir edib. Rusiya da Avropanın sanksiyalarına cavab olaraq, qazın nəqlini dayandırıb. Bu da təbii ki, Azərbaycanın öhdəliyini düşən qazı daha da artırır.
“Bu da açıq göstərdi ki, bu il ki, qaz ixtacı 2021-ci illə müqayisədə 30 faiz daha çoxdur. Amma bununla belə düşünmürəm ki, Rusiya bununla bağlı sanksiya tətbiq etsin. Moskva belə bir qərar verərkən digər ölkələrin qaz nəqlini artırması məsələsinin aktuallaşacağını əvvəldən bilirdi. Buna görə də, Rusiyanın Azərbaycana qaz nəqlini artıdğına görə, sanksiyalar tətbiq edə bilmə ehtimalı real deyil. Azərbaycan, Avropanın etibarlı qaz tərəfdaşı olan ölkədir. İldən-ilə də bu öhdəliyimiz artır. Amma reallıq ondan ibarətdir ki, Azərbaycan təkbaşına qaz öhdəçiliyini yerinə yetirə bilməz.
Nəzərə almaq lazımdır ki, Rusiyanın illik Avropaya ötürdüyü qaz 128 milyard kub metrdən daha çoxdur. Azərbaycan isə, hazırda Avropaya 10,5 milyard kub qaz ötürə bilir. Yəni aradakı fərqi görmək mümkündür.
Digər tərəfdən Azərbaycanın əsasən qaz satdığı ölkələr, yəni satdığı 10,5 milyard kub metrin qazın da böyük hissəsi, 70 faizə yaxını hardasa 7-8 milyard kub metri Türkiyənin payına düşür. Yəni hesabaən bizim Avropaya ötürdüyümüz qaz, əslinə qalsa, 2-3 milyard kub metrdir. Bu da böyük bir rəqəm deyil” – deyə politoloq bildirib. Onun sözlərinə görə, digər tərəfdən mövcud TAP və TANAP layihələrinin də ötürücülük qabiliyyəti bu səviyyədə deyil. Rəsmi Bakı, bu 10,5 milyard kub metr qazı hələ ki, 2025-ci ilə qədər 30 milyard kub metrə qədər artırmağı planlaşdırır.
“Bizim hazırkı infrastruktur Avropaya bu göstəricidən daha artıq qaz nəql etməyə yararlı deyil. Digər tərəfdən də Azərbaycanın qaz rezervləri də Rusiya qədər çox deyil. Azərbaycan indiki məqamda Mərkəzi Asiya ölkələri ilə bu istiqamətdə danışıqlar aparır. Məsələn Qazaıstanla, Türkmənistanla danışıqlar aparır. Bu ölkələr də kifayət qədər qaz rezervinə malik ölkələrdir və Azərbaycan bu ölkələrin qazını daşıyıcı olaraq, Avropa bazarına çıxara bilər. Bu əməkdaşlıq olacağı təqdirdə, gələcəkdə qazın nəqlinin daha çox olacağını deyə bilərik. Amma indiki məqamda Rusiyanın Avropaya ötürdüyü qazın əvəzləyicisi biz deyilik”,– deyə politoloq əlavə edib.
Politoloqun sözlərinə görə, Avropa ölkələri təkcə Azərbaycan qazı alımır. Paralel olaraq, Norveçdən, Amerika Birləşmiş Ştatlarından, Əlcəzairdən, Qətər və bu tip ölkələrdən də alır. Rusiya qazının üstnülüyü ondan ibarətdir ki, bu Avropa ölkələri üçün boru xətti ilə daşınır. Bu da daşınma xərcinin az olmasına gətirib çıxarır. Yəni daha ucuz qaz sata bilir. Amma ABŞ da Avropaya ən az Rusiya qədər qaz sata bilər.
“Sadəcə Amerikanın satacağı qaz maye qazdır. Bunun daşınma xərcləri isə, 2-3 dəfə çoxdur. Bu isə, Avropada qazın qiymətinin kəskin şəkildə artmasına səbəb ola bilər. Buna görə də Avropa ölkələri alternativ, ən azından Rusiya qədər boru ilə göndəriəcək qaz axtarışındadır. Azərbaycan TAP və TANAP layihələri ilə belə bir sistem formalaşdırıb” – deyən Turan Rzayev bildirib ki, Azərbaycan hazırda Avropa ölkələrinə, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və Albaniyaya və İtaliyaya qaz satır. Hazırda Bolqarıstan, Macarıstan və Rumıniya bu istiqamətdə səyləri artırır. Bolqarıstan damövcud qaz limitini artırmaq istəyir. Rumıniya və Macarıstan da bu xəttə qoşulmaq istəyir. İtaliyada Avropanın vaid qaz kəməri var və İtaliya üzərindən Avropa ölkələrinə qaz nəql edə bilərik.
“Azərbaycan hazırda 10,5 milyard kub metr qaz nəql edir ki, bu da ümumiyyətlə iTaliyanın illik qaz təlabatını ödəmir. İtaliyanın illik qaz təlabatı 50-60 milyard kub metrdir. Azərbaycan ora sadəcə 1-2 milyard kub metr qaz ötürə bilir.
Məsələn, bizim ötürdüyümüz qazla Bolqarıstanın, Makedoniyanın və Yunanıstanın təlabatı ödənə bilər, amma İtaliyanın təlabtı ödənə bilməz. Və yaxud Avstryanın, Fransanın təlabatı dönə bilməz. Bu baxımdan qaz nəqlinə görə, Rusiyanın Azərbaycana hərhansı bir sanksiya tətbiq edəcəyi ehtimal edilmir. Əsas səbəblərdən biri də budur. Çünki Rusiya bilir ki, Azərbaycan Avropa o qədər də çox qaz nəql etmir. Və ona alternativ ölkə deyil. Buna görə bizə sanksiya tətbiq etmək Rusiyanın nəyinə lazımdır?
Azərbaycan və Rusiya arasında münasibətlər hazırda inkişaf mərhələsindədir. Bu da müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə özünü göstərir. İnanmıram ki, rəsmi Moskva da Bakı ilə münasibətləri pozacağı bir addım atsın. Xüsusilə də, ətrafında Qərb koalisiyasının formalaşdığı bir zamanda, bu “özü öz ayağına güllə vurmaq kimi bir şeydir”. Bu, Azərbaycanı Qərbin himayəsinə vermək kimi bir şeydir” – deyə politoloq qeyd edib.
7times.az
Follow @7timesaz