Aktual

Rusiya Hindistana nefti endirimlə satacaq

Rusiya Hindistana nefti endirimlə satacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Hindistana “Urals” markalı neftin bir barrelini 35 dollara qədər endirimlə satmağa qərar verib.

Sfera.az xəbər verir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, bu, digər alıcıların marağının azalması ilə bağlıdır.
Nəşr bildirir ki, bu yolla Rusiya Hindistanı yanacaq alışını artırmağa razı salmaq istəyir. Eyni zamanda, Hindistan Avropa ölkələri və ABŞ-ın təzyiqlərinə baxmayaraq, Asiyada Rusiya neftini almaqda ən çox maraqlı olan ikinci neft idxalçısıdır.

Agentlik Hindistanın hazırda 15 milyon barel neft almaq üçün danışıqlar apardığını öyrənib.
Martın 24-də Hindistanın dövlət neft emalı zavodu “Indian Oil Corporation” (IOC) Rusiyadan üç milyon barel “Urals” nefti alıb.
Bundan əvvəl “Business Standard” nəşri Hindistanın təxminən 15 milyon barel Rusiya neftini idxal etməkdə maraqlı olduğunu bildirmişdi. Nəşrin məlumatına görə, sövdələşmənin rubl və ya rupi ilə həyata keçiriləcəyi ehtimal edilir.