Münaqişə

“Rusiya iki tərəf arasında gərginliyin davamında maraqlıdır” – POLİTOLOQ

“Rusiya iki tərəf arasında gərginliyin davamında maraqlıdır” – POLİTOLOQbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nə qədər ki, Azərbaycanla Ermənistan arasında dəhliz, sərhəd və sülh sazişi məsələləri ilə bağlı hüquqi sənədlər imzalanmayıb, gərginlik azalmayacaq, müvəqqəti atəşkərlərə riayət olunmayacaq və hər iki tərəfdən itkilər qeydə alınacaq”.

Bunu 7times.aza politoloq Elxan Şahinoğlu bildirib.

E.Şahinoğlu qeyd edib ki, Rusiyanın vasitəçiliyi ilə bir il ərzində qəbul olunan 3 bəyanat özündə hüquqi məsuliyyəti ehtiva edən sazişlər deyil: “Ona görə də bəyanatın bir qisim bəndi daim pozulacaq. Həm də ki, Rusiyanın özü də gərginliyin bəlli çərçivədə davamında maraqlıdır ki, hər iki ölkənin ondan hakim rolunda asılılığı azalmasın”.