Cəmiyyət

Rusiya miqrantlara yeni TƏLƏB irəli sürür

Rusiya miqrantlara yeni TƏLƏB irəli sürürbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyaya uzunmüddətli qalmaq üçün gələn miqrantlar 30 gün ərzində narkomaniya və ya HİV infeksiyası olmadıqlarını təsdiqləyən tibbi arayış almalıdırlar.

7times.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış qanun layihəsində deyilir. “Xarici ölkə vətəndaşı Rusiya Federasiyasına gəliş tarixindən 30 gün müddətində Rusiya ərazilərində yerləşən tibbi müəssisələrdə narkomaniya və ya başqaları üçün təhlükə yaradan yoluxucu xəstəliklərin olmadığını və eyni zamanda, immunitet çatışmazlığı virusuna (HİV) yoluxmadığını xəstələnmədiyini təsdiqləyən tibbi müayinədən keçmək məcburiyyətindədir. Sənəddə xarici yetkinlik yaşına çatmayanlar üçün tibbi müayinənin qanuni nümayəndələri tərəfindən təmin edilməli olduğu da qeyd edir.

Bundan əlavə, qanun layihəsində müayinə və bütün lazımi tibbi hesabatların alına biləcəyi tibb təşkilatlarının siyahısı var. Onlar xarici vətəndaşın gəldiyi Rusiyanın müvafiq bölgəsindəki dövlət hakimiyyətinin ən yüksək icra orqanı tərəfindən müəyyən edilir. Bu xəstəliklərin yoxluğunu təsdiqləyən prosedur səhiyyə sahəsində federal icra orqanı tərəfindən müəyyən edilir. “Xarici vətəndaşlar hər il belə bir müayinədən keçdikdən sonra növbəti ildə 30 gün ərzində tibbi müayinədən keçməsi tələb olunur”, – deyə qanun layihəsində vurğulanır.

Eyni zamanda, rəsmi vəzifələrin icrası ilə əlaqədar olaraq Rusiyaya daxil olan beynəlxalq təşkilatların xarici rəsmiləri, Rusiya Federasiyası ərazisindəki beynəlxalq təşkilat nümayəndəliklərinin rəhbər şəxsləri və ya nümayəndəliklərin əməkdaşları, beynəlxalq müqavilələrinə uyğun statusu olan digər təşkilatların, o cümlədən hökumətlərarası təşkilatların vəzifəli şəxsləri və bu şəxslərin ailə üzvləri tibbi müayinədən azad edilir. Həmçinin, 6 yaşınadək miqrant uşaqları heç bir tibbi arayış almamalıdırlar.

Rusiya Xarici İşlər Nazirliyi xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluq idarələrinin rəhbərləri, diplomatik heyət üzvləri, konsulluq rəsmiləri, habelə Rusiyada tibbi müayinədən keçməli olan diplomatik nümayəndəliklərin və ya konsulluqların inzibati və texniki işçilərinin siyahısını təsdiqləyir. Yenisabah.az