Aktual

Rusiya Moldovaya hücum edəcək – Rəsmi Kiyevdən XƏBƏRDARLIQ

Rusiya Moldovaya hücum edəcək – Rəsmi Kiyevdən XƏBƏRDARLIQbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, Rusiya tanınmamış “Pridnestroviya Moldova Respublikasında” vəziyyəti gərginləşdirməyə çalışır və məqsədi Moldovaya hücum etməkdir.

7Times.az  “pravda.com.ua” saytına istinadən xəbər verir ki, bu barədə o, özünün Twitter səhifəsində yazıb.

“Pis xəbər: Ukrayna müqavimət göstərməsə, sabah düşmən Kişinyovun qapısında olacaq”, deyə o, qeyd edib.

Podolyak yaxşı xəbərin olduğunu da əlavə edib:

“Bu, ondan ibarətdir ki, Ukrayna regionda strateji təhlükəsizliyi təmin edəcək. Amma biz bir komanda kimi çalışmalıyıq”.