Aktual

“Rusiya olmasa, biz də olmarıq…”  “Azərbaycan ordusu çox güclüdür”

“Rusiya olmasa, biz də olmarıq…” – “Azərbaycan ordusu çox güclüdür”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya bizə kömək etməsə, Azərbaycanla mübarizə çətin olacaq. Məhz buna görə Araik Arutyunyan dünən Rusiya Prezidenti Vladimir Putinə məktub yazaraq, kömək istəyib”

Erməni KİV-ləri xəbər verir ki, bunları qondarma rejimin “dövlət naziri” Artak Beqlaryan deyib.

O, etirafının davamında bildirib: “Rusiyanın səyləri nəticəsində ayaqda durmuşuq. Rusiya olmasa, biz də olmarıq. Reallığı etiraf etmək lazımdır. Azərbaycan ordusu çox güclüdür. Bizi ayaqda durmağımız üçün Rusiyanın dəstəyi lazımdır. Bu həm maddi, həm də mənəvi dəstəkdən ibarətdir”.