Aktual

“Rusiya Paşinyanı sui-qəsdlə aradan götürə bilər“ – Putin onu Moskvaya niyə çağırıb?

“Rusiya Paşinyanı sui-qəsdlə aradan götürə bilər“ – Putin onu Moskvaya niyə çağırıb?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 19-da Moskvaya işgüzar səfər edəcək. Məlumatı Ermənistan hökumətinin Mətbuat Xidməti yayıb.

Maraqlıdır, bu səfərdən nə gözləmək olar, Rusiya öz müttəfiqindən nələr tələb edəcək?

Mövzu ilə bağlı Gundem.az-a danışan politoloq Natiq Miri Rusiyanın Paşinyana müəyyən vədlər verəcəyini deyib. O, hazırda Paşinyanın real təhlükə ilə üz-üzə olduğunu diqqətə çatdırıb:

“Paşinyanın Moskvaya dəvət olunması iki məqsəd daşıyır. Birincisi, ona müəyyən vədlər verməklə prosesin yenidən Rusiyanın nəzarətinə keçməsini təmin etmək istəyəcəklər. Eyni zamanda Rusiya Ermənistan ordusunun hərbi təchizatı ilə bağlı müəyyən vədlər verə bilər. İkinci məqam isə Kremlin Ermənistana mümkün təzyiqləridir.

Ermənistanda siyasi hakimiyyət üçün təhlükələr var. Rusiya istədiyini əldə edənədək bu təhlükə qalacaq və Yerevanakı aksiyalar davam edəcək. Düşünürəm ki, Moskva Paşinyana istədiklərini etdirə bilməsə, ona qarşı sui-qəsd də təşkil oluna bilər. Bu gün Rusiya Ukrayna bataqlığında boğularkən Cənubi Qafqaz, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin öz nəzarətindən çıxmasını istəmir. Rusiya anlayır ki, bununla geosiyasi təsir dairəsində olan bölgəni itirə bilər”.

Ekspert Nikol Paşinyanın verəcəyi qərarın onun təmsil etdiyi hökumətdən asılı olacağını deyib:

“Yaxın gələcəkdə Mərkəzi Asiyada, Şimali Qafqazda müəyyən qarşıdurmalar kontekstində hadisələrə şahidlik edə bilərik. Bundan başqa, Rusiyanın maraqları olan Qarabağda təxribatlar ola bilər. Rusiya bunları bildiyi üçün Azərbaycan-Ermənistan cəbhəsində olmaq istəyir. Bu da yalnız Ermənistan vasitəsi ilə mümkündür. Düşünürəm ki, Paşinyanın verəcəyi qərar onun hökumətinin Ermənistandakı dayaqlarının möhkəmliyindən asılıdır. Paşinyan hakimiyyəti özündən əmindirsə, Ermənistanın marağının əleyhinə olan sövdələşməyə getməyəcək. Bu səfər Nikol Paşinyan üçün ən böyük imtahan olacaq”.