Gündəm

“Rusiya sülhməramlılarının rəhbərliyi gəlib izahat verməlidir” – FAZİL MUSTAFA

“Rusiya sülhməramlılarının rəhbərliyi gəlib izahat verməlidir” – FAZİL MUSTAFAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Azərbaycanın ictimai fəal və QHT nümayəndələrinin  Şuşa-Xankəndi yolunda – Azərbaycan ərazilərində müvəqqəti(!) yerləşdirilmiş Rusiya “sülhməramlı”larının postu yaxınlığında  Qarabağ və Şərqi Zəngəzur iqtsadi rayonlarının bir hissəsindəki Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı azərbaycanlıların ekoloji monitorinq qrupunun əraziyə buraxılmamasına qarşı keçirdiyi etiraz aksiyası artıq 2-ci sutkadır ki, aramsız şəkildə davam edir.

Bəs görəsən, bu müddət ərzində “sülhməramlı”ların komandanı general A.Volkovun simasında Putin rejiminin Azərbaycanın yüzlərlə  ictimaiyyət nümayəndəsinin qarşısına çıxmaması nədən irəli gəlir: demək istəyirlər ki, sizi saya salmırıq, hər şeyi öz bildiyimiz kimi edəcəyik, yaxud sadəcə, Volkov Kremldən siyasi qərar gözləyir, yoxsa Kəlbəcər və Tərtər ərazisindəki mədənlərdə separatçıların Rusiya hərbçilərinin gözü qarşısında çıxardığı təxribat və oyunlardan sonra heç nəinki general Volkov, Rusiya hakimiyyəti özü də bizim qarşımızda deməyə söz tapmır?…

Mövzu ilə bağlı “7Times.az”a açıqlama verən deputat Fazil Mustafa bunları söyləyib:

“Azərbaycan dövləti dəfələrlə xəbərdarlıq etdi ki, bu istiqamətdə bəyannamənin bəndlərinə əməl olunmalıdır. Amma buna baxmayaraq, Ermənistan tərəfi heç bir konsturktiv addım atmadı. Məsələnin həll olunmaması səviyyəsində saxlamağa çalışdı. Buna görə də Azərbaycan ictimaiyyəti bundan qəzəblənib. Rusiya sülhməramlılarının ermənilərə dəstək verməsinə etiraz etmək məqsədilə belə bir addım atırlar. Ekoloji terrora son qoyulması üçün mütləq bu addımlar atılmalıdır. Bunun nəticəsində məsələ öz həllini tapacaq. Azərbaycanın suveren ərazisində heç kimin ixtiyarı yoxdur ki, ölkənin ictimai fəallarının qarşısını kəssin. Rusiya sülhməramlılarının rəhbərliyi də gəlib izahat verməlidir ki, niyə bu cür fəaliyyət göstərirlər. Çünki, ekoloji vəziyyətlə bağlı Azərbaycan tərəfinin tələblərinə məhəl qoyulmadı. Bu da Azərbaycanı haqlı olaraq qəzəbləndirdi. Ona görə də bu istiqamətdə işlər görülməlidir. Əks təqdirdə özbaşınalıq davam edərsə, Azərbaycanın maraqlarının birmənalı şəkildə pozulması demək olacaqdır. Bu baxımdan da aksiyanı dəstəkləyirik. Bütün Azərbaycan cəmiyyətinin də gözü bu prosesin içindədir”.

Elşən