Rusiya taktiki nüvə silahından istifadə edərsə, Ukrayna buna çox sevinər.
7Times.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “Rossiya” telekanalına müsahibəsində deyib.
Lukaşenko Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk bölgəsinə müdaxiləsi barədə danışarkən deyib ki, bu, münaqişənin eskalasiyasına gətirib çıxarır: “Təhlükə ondan ibarətdir ki, Ukrayna tərəfindən bu cür eskalasiya Rusiyanı asimmetrik hərəkətlərə sövq etmək cəhdidir. Yaxşı, nüvə silahından istifadəni götürək. Mən dəqiq bilirəm ki, Rusiya və ya biz (Belarus-red.) orada taktiki nüvə silahından istifadə etsək, Ukrayna çox şad olar. O zaman çətin ki, bizim müttəfiqimiz qalar. Ümumiyyətlə, heç bizə rəğbəti olan ölkə də qalmaz… İkincisi, bu, nüvə silahıdır. Bizdə artıq nüvə silahları haqqında müəyyən neqativ təsəvvür formalaşıb. Ona görə də onlar(Rusiyanı) buna itələmək istəyirlər”.
“AzPolitika.info”
Follow @7timesaz