Aktual

Rusiya ticarət mərkəzini vurdu… “Qurbanların sayı təsəvvürolunmazdır…”– Zelenski-VİDEO

Rusiya ticarət mərkəzini vurdu… “Qurbanların sayı təsəvvürolunmazdır…”- Zelenski-VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın atdığı növbəti raketlərdən biri Ukraynanın Kremençuq şəhərindəki “Amstor” ticarət mərkəzinə düşüb.  Həmin vaxt  yüzlərlə insan  alış veriş-edirmiş…

Moderator.az xəbər verir ki, prezident Vladimir Zelenski telegram-kanalında Rusiyanın raketlə Kremençukdakı ticarət mərkəzini vurması və çoxsaylı dinc insan ölümünə səbəb olmasına sərt münasibət bildirib.
“İşğalçılar mindən çox dinc sakinin olduğu ticarət mərkəzini raketlərlə atəşə tutublar. Ticarət mərkəzi yanır, xilasedicilər yanğını söndürür, qurbanların sayını təsəvvür etmək mümkün deyil…
Həmin obyektin Rusiya ordusu üçün heç bir  təhlükəsi yoxdur. Strateji dəyəri yoxdur. Yalnız insanların normal həyat sürmək cəhdi işğalçıları belə qəzəbləndirib…
Rusiya döyüş cəbhəsindəki iqtidarsızlığını adi vətəndaşlar üzərinə yönəltməyə davam edir. Onun tərəfindən adekvatlıq və insanlığa ümid etmək əbəsdir”- deyə dövlət başçısı vurğulayıb.