Aktual

Rusiya – Ukrayna müharibəsinin 17-ci günü – ONLAYN XRONİKA

Rusiya – Ukrayna müharibəsinin 17-ci günü – ONLAYN XRONİKAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 24-ü səhər saatlarında Rusiya Ukraynada müharibəyə başlayıb. Həmin gün Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyət tətbiq edib.

Bizim.Media bu saatlaradək ölkədə baş verənlərin onlayn xronikasını təqdim edir:

21.56 Rusiya MN: “Ukraynanın 126 PUA-sı vurulub” – VİDEO

21.15 Rusiya-Ukrayna danışıqları başladı – ONLAYN FORMATDA

18.40 Zelenski: “Ukrayna ordusu 1300 hərbçisini itirib

18.07 Çavuşoğlu ilə Lavrov telefonla danışdılar – Ukrayna müzakirəsi

15.07 Ukraynada azərbaycanlı əsgər həlak oldu

14.35 İsrailin baş nazirindən Zelenskiyə gözlənilməz TƏKLİF – “Sənin yerində olsaydım…” 

13.46 Rusiyanın ABŞ-a qarşı sanksiya siyahısı hazırdır

13.15 Rusiyanın 12 mindən çox hərbçisi zərərsizləşdirildi – Ukrayna MN 

12.13 Rusiya Ukraynanın itkilərini açıqladı

11.38 Zelenskinin filmi 15 ölkəyə satıldı – “Netflix” ilə danışıqlar aparılır 

10.53 Rusiyanın 31 batalyon-taktiki qrupu döyüş qabiliyyətini itirdi – Ukrayna Baş Qərargahı 

09.09 Ukraynada 52 ölkədən könüllülər döyüşür

09.00 Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndəriləcək – FOTO/VİDEO

06.28 Rusiya əsgərləri ukraynalı meri belə apardılar – ANBAAN VİDEO

19.08 Rusiya helikopterinin vurulma anı – VİDEO

17.23 Ələ keçirilən 3 rusiyalı pilotun mətbuat konfransı başladı – CANLI

16.51 Zelenski: “Biz artıq strateji dönüş nöqtəsinə çatmışıq” – VİDEO

16.12 Əsir düşən rus əsgər həyat yoldaşına Kiyevi “almaq” üçün uğursuz planlarından danışdı – SƏS YAZISI

15.51 “Rusiya-Ukrayna danışıqlarında müsbət irəliləyişlər var” – Putin

15.31 Putinlə Zelenski görüşə bilər – Peskov 

14.41 Rus ordusunun daha bir helikopteri vuruldu – VİDEO

14.27 Ukraynanı tərk edənlərin sayı 2.5 milyonu ötdü 

14.11 Ukrayna ordusu Çerniqov vilayətində 5 yaşayış məntəqəsini azad etdi

14.08 Ukraynadakı vəziyyət NATO ilə Rusiya arasında müharibəyə çevrilməməlidir

13.44 Ukraynadakı müharibə zamanı həlak olan azərbaycanlıların SİYAHISI 

13.33 Ukrayna neytral statusa razılaşdı – Bu şərtlə  

13.21 Leonid Kuçma səssizliyini pozdu: “Ukrayna heç vaxt Rusiya olmayacaq”

13.07 Putin Ukraynaya könüllülərin göndərilməsinə razılıq verdi – VİDEO

12.25 Rusiyaya qarşı zorakılıq çağırışlarına İCAZƏ VERİLDİ – “Facebook” və “Instagram”da  

12.18 “Ukraynanın Aİ-yə qəbuluna qədər aylar, illər keçəcək” – Prosedur var, maddə var…

11.54 Ukrayna “heç vaxt” Putinin qələbəsi olmayacaq – Co Bayden 

11.21 G7 ölkələri Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır – FOTO

10.57 Kiyev yaxınlığındakı 64 kilometrlik rus kolonu “yoxa çıxıb” – FOTO

10.43 Volnovaxa şəhəri ələ keçirildi – Rusiya MN 

10.11 Rusiya BMT Təhlükəsizlik Şurasının iclasını tələb edir – ABŞ-ın Ukraynadakı bioloji proqramları ilə bağlı  

09.49 ABŞ Konqresi Ukraynaya 13,6 milyardlıq yardımı təsdiqlədi

09.46 Xarkov sakini hərbi obyektin koordinatlarını Rusiyaya 40 min qrivenə satdı

09.40 Ukrayna ordusu Rusiyanın bütün istiqamətlərdə hücumunu dayandırır – Baş Qərargah 

09.11 Aİ sammitinin NƏTİCƏLƏRİ – Ukraynaya dəstək, Rusiya və onun ortağı Belarusa isə…

08.54 “Putinin Ukrayna ilə bağlı tələbləri qəbuledilməzdir” – Makron 

23.13 Qara dənizdə PUSQU: Rusiyanın hərbi gəmisi vuruldu – FOTO

23.05 Ukraynaya daha bir zərbə Makrondan: “Müharibə gedən bir ölkəyə…”

19.16 Millət vəkili: “Ukraynadan minlərlə azərbaycanlı təxliyə edilib” – VİDEO

17.41 Estoniya Rusiya vətəndaşlarına viza verilməsini dayandırır

16.57 Zelenskidən Rusiya ilə bağlı TARİXİ QƏRAR

16.39 Ukraynaya kim suriyalı muzdluları göndərir? – Ermənistan mətbuatının iddiasına CAVAB

15.18 Lavrovdan Mariupoldakı doğum evinin vurulmasına ŞƏRH: “Baza kimi istifadə edilirdi” 

14.40 “Lavrovun bizdən tələbləri kapitulyasiya siyahısına oxşayır” – Kuleba  

14.28 Lavrov Kuleba ilə görüşdən DANIŞDI: “Biz Ukraynaya hücum etməmişik” – VİDEO

14.21 Rusiya və Ukrayna XİN başçılarının görüşü nəticəsiz başa çatdı – VİDEO

14.11 Kulebadan Lavrovla görüş barədə İLK AÇIQLAMA: “Danışıqlar çətin keçdi” 

13.50 Türkiyə, Rusiya və Ukrayna XİN başçılarının görüşü başa çatdı – YENİLƏNİB – FOTO/VİDEO

10.40 Ukraynanı 2 milyondan çox insan tərk etdi

10.13 Zelenskidən Avropa ölkələrinə XƏBƏRDARLIQ: “Sonra gec olacaq” 

10.08 Ukrayna Müdafiə Nazirliyi son durumu açıqladı

10.03.2022

22.11 Zelenski cəzaları sərtləşdirdi: Rusiyaya casusluq edənlər ömürlük…

19.46 Zelenski Putinlə danışıqlara hazır olduğunu AÇIQLADI

18.49 Rusiya MN: “Ukraynanın 2786 hərbi obyekti məhv edilib” – VİDEO

17.15 Rusiyada yaşayan soydaşlarımızın Azərbaycanla əlaqə qurmaq imkanları məhdudlaşacaq? – AÇIQLAMA

16.48 Zelenski 10-dan çox sui-qəsd cəhdindən sağ çıxıb, bütün təxribatçılar öldürülüb

16.34 “Discovery” Rusiyada kanallarının yayımını dayandıracaq

16.10 Polşa qırıcılarının Ukraynaya təhvil verilməsi qərarı NATO və ABŞ-ın əlindədir

15.50 Aİ-nin bu qış üçün Rusiya qazına ehtiyacı yoxdur – Avrokomissiyanın prezidenti

15.46 ABŞ faktiki olaraq Rusiya ilə iqtisadi müharibə aparır – Peskov 

15.23 Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır

15.18 Rusiyanın Ukrayna prezidentliyinə namizədi Yanukoviç kimdir? – Hakimiyyətə qayıtmaq ŞANSLARI

15.07 Zaxarova ABŞ-la bağlı ŞOK FAKTLARI açıqladı: Ukraynada hansı gizli sənədlər tapılıb? 

14.54 Zelenskidən rus hərbçilərinə MÜRACİƏT: “Sağ qalmaq şansınız var, ölkəmizdən çıxın” – VİDEO

14.36 Aİ Rusiyaya əlavə sanksiyaları TƏSDİQLƏDİ

14.33 Zelenskinin həyat yoldaşından beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ 

14.26 Rusiyada Azərbaycanın bank kartları işləməyəcək

14.22 Ərdoğan: “Biz azərbaycanlıların Ukraynadan çıxarılmasına kömək etdik”

14.12 Avropa Nüvə Tədqiqatları Təşkilatının Şurası Rusiya ilə əməkdaşlığa son qoyur

13.26 Tbilisidə ictimai nəqliyyat Ukrayna vətəndaşları üçün pulsuz olacaq

13.16 Qarabağdakı rus sülhməramlılar Ukraynaya aparılır? – VİDEO

12.55 Rusiyada vətəndaşlara xarici valyuta alışı qadağan edildi

12.53 “Rusiyanın hərbi məğlubiyyəti qaçılmazdır” – Zərdüşt Əlizadədən PROQNOZ

12.16 Böyük Britaniyada hərbçilərin Ukraynaya getməsinə qadağa qoyuldu

11.40 Rusiyanın itkiləri açıqlandı: 12 min hərbçi, çox sayda texnika – SİYAHI

11.38 Conson: “Çalışmalıyıq ki, Putinin bu cəhdi uğursuzluğa düçar olsun”

11.17 “McDonald’s”ın bağlanmasına rusların reaksiyası – FOTO 

10.41 Son gündə Rusiya-Ukrayna müharibəsində nələr baş verib? – XÜLASƏ

10.21 Ukraynada öldürülən dörd azərbaycanlı ilə bağlı YENİ FAKTLAR: “Gözümün qabağında…” – VİDEO 

10.00 Rusiya bu hərçbiləri də döyüşlərə cəlb etməyə hazırlaşır

09.22 BVF Ukraynaya 1.4 milyard yardım planlaşdırır 

09.14 Yaponiya Ukraynaya “yox” dedi – Hərbi sursat göndərməyəcək

09.03.2022

23.27 Rusiya MN: “Daha yeddi yaşayış məntəqəsinə nəzarət edirik” – VİDEO

22.38 Ukraynada ölən dinc sakinlərin sayı 474 nəfərə çatdı

21.22 Zelenski Böyük Britaniya İcmalar Palatasında çıxış etdi

16.00 Rusiya hansı hallarda əməliyyatları dayandıra bilər? – 3 ALTERNATİV ŞƏRT

15.48 Rusiya Ukrayna ilə sərhədə yeni texnika gətirir – VİDEO

14.58 Ukraynalı sərhədçilər xaricdə gizlənməyə çalışan kişilərə gül hədiyyə etdilər – VİDEO

14.49 BMT: 2 milyon ukraynalı qaçqın vəziyyətinə düşüb

14.42 Avropa Komissiyasının vitse-prezidenti: Putin Ukraynada qalib gəlsə, Baltikyanı ölkələri vuracaq

14.00 Zelenski: “Ukrayna ultimatumlara hazır deyil, Putin dialoqa başlamalıdır”

13.41 Rusiya hərbçiləri İrpin merinə şəhəri təslim etməyi təklif ediblər – FOTO

12.24 “Bayraktar” rus texnikalarını belə məhv etdi – VİDEO

12.20 Ukraynanın Sumı şəhəri bombalandı: 9 dinc sakin öldü – VİDEO

12.15 Ukraynada 5 humanitar dəhliz açılıb – Rusiya Müdafiə Nazirliyi

12.02 Rusiyanın 12 günlük müharibədə itkiləri – SİYAHI

11.55 Belarus könüllüləri Ukrayna uğrunda döyüşə yollanır – VİDEO

11.24 Yanukoviç Zelenskiyə müraciət etdi: “Sülh razılaşmasına nail olmalısınız”

10.32 Əfsanəvi futbolçu Andriy Şevçenko efirdə müharibədən danışarkən ağladı – VİDEO 

10.16 Erməni qəzeti Rüstəm Muradovun iç üzünü açdı: “Ukraynaya qarşı döyüşür”

10.10 Zelenski Kiyevdə olduğunu bir daha bəyan etdi – VİDEO 

09.55 Rus qoşunları Kiyevə hücum etməyə hazırlaşır – Kadırovın xüsusi alayı da cəlb edilib

09.40 Zelenski Belarusdakı son danışıqları “final” adlandırdı: “Amma biz realistik”

09.28 Ukraynada Rusiyanın daha bir generalı öldürüldü – FOTO

08.03.2022

23.26 Zelenski Kiyevi tərk edib? – “O, qorxmur və…”

22.54 Müharibənin ortasında evlilik təklifi: Ukraynalı əsgər avtomatla… – VİDEO

22.36 Putinin köməkçisi: “Rusiya danışıqlarda istədiyini əldə etmədi” – VİDEO

22.05 Rusiya-Ukrayna danışıqlarında üçüncü raundun DETALLARI – VİDEO

21.25 Ukraynalı qadınlar da döyüşə qatıldılar – VİDEO

20.17 Kiyevdə çörək zavodu bombalandı – 13 ukraynalı həlak oldu

20.00 Ukrayna səfiri azərbaycanlılardan kömək istədi – FOTO

19.10 Rusiyada 1 dollar 144 rubl oldu

18.36 Kiyev mühasirəyə alındı: Xarici jurnalistlər Ukraynadan çıxarılır

19.23 Rusiya-Ukrayna danışıqlarının ÜÇÜNCÜ RAUNDU başladı – YENİLƏNİR

18.05 Leonardo Di Kapriodan Ukrayna ordusuna 10 milyon dollar YARDIM – FOTO

17.49 Ukrayna nümayəndə heyəti Belarusa gəldi – VİDEO

14.15 Rusiya nümayəndə heyəti təyyarə ilə Brestə gəlir – BÜTÜN DÜNYANIN diqqəti bura yönəlib

13.45 Bu gün əsir düşən rusiyalı hərbçilər – VİDEO

11.48 Rusiya-Ukrayna danışıqlarının 3-cü raundunun vaxtı və yeri AÇIQLANDI

09.59 Zelenski Qərbi günahlandırdı – “Heç bir siyasətçi reaksiya vermədi”

09.45 Rusiya hərbçiləri isveçrəli jurnalistə atəş açdı – Pul və sənədlərini götürdülər – FOTO

09.29 Rus ordusu Ukraynada sükut rejimi elan etdi – Humanitar dəhlizlər açılır

09.17 Ukrayna ordusu Çuquyev şəhərini azad etdi – Rusların 2 zabiti öldürülüb?

09.00 Bu gün Rusiya-Ukrayna danışıqlarının növbəti raundu olacaq

07.03.2022

23.34 Britaniyanın “Sky News” telekanalının əməkdaşları yaralandılar – Ukraynada

23.15 Polşa ABŞ-ın açıqlamasını təkzib etdi: “Ukraynaya təyyarə verməyəcəyik”

22.50 Ukraynanın Xarkov şəhərindəki fəxri konsulluğumuzun binasına hava zərbəsi endirildi – FOTO

22.13 Ukraynalılar ölən rus əsgərlərinin meyitlərini tabutlara qoyub basdırırlar – VİDEO

21.58 NATO ölkələri Ukraynaya döyüş təyyarələri verəcək – VİDEO

21.18 Rus hərbçiləri İrpendə bir ailənin bütün üzvlərini qətlə yetirdi – FOTO

20.43 Ukraynada bombalanan Vinniça hava limanının görüntüləri yayıldı – VİDEO

20.32 Pusquya salınan rus hərbi kolonu məhv edildi – FOTO

20.11 Tokiodan Londona uçan təyyarə Ukrayna müharibəsinə görə Rusiya səmasından uçmur – FOTO

19.48 ABŞ-dan Rusiyaya daha bir ZƏRBƏ: Onlarla rus məmuru işdən çıxarıldı

19.42 NATO təyyarələri Ukrayna sərhədində keşiş çəkir – FOTO

19.31 Ukraynalı deputat beynəlxalq axtarışa veriləcək – Vətənə xəyanətdə ittiham olunur

19.02 Kuleba: “52 ölkədən 20 min əcnəbi döyüşçü Ukraynaya gəlir”

18.35 Ukrayna ordusu əks-hücuma keçdi: Rusların 3 tankı, 30 əsgəri məhv edildi – ƏSİR DÜŞƏNLƏR VAR

17.45 Putin Ərdoğanla söhbətində: “Bu şərtlə müharibəni dayandıracam”

17.25 Makron Putinlə Ukrayna müharibəsini müzakirə etdi – 1 saat 45 dəqiqə davam edən TELEFON ZƏNGİ

17.15 Hulusi Akardan Ukraynadakı müharibə ilə bağlı AÇIQLAMA: “Türkiyə lazımi addımları atır”

17.12 ZELENSKİ: “Dünya liderləri bizim öldürülməyimizi istəyirlər!” – VİDEO

16.54 Rusiyada etirazçılar polisləri döydülər – VİDEO

16.43 Zelenski təcili XƏBƏR yaydı: Vinniça hava limanına raket zərbəsi endirildi – VİDEO

16.36 Bu gün Ukraynada 2 rus təyyarəsi vuruldu

16.11 “Ruslar həmişə Odessaya gəliblər, indi isə bombalamağa hazırlaşırlar” – Zelenskidən SOS siqnalı

15.56 Ərdoğan Putini Ukraynada təcili atəşkəsə çağırdı

15.53 Rus hərbçilərinin raket hücumu zamanı 18 aylıq ukraynalı körpə öldü – FOTO

15.12 Ruslar təxliyə zamanı ukraynalılara atəş açdı: ÖLƏNLƏR VAR – FOTO

15.02 Kiyev səmasında Rusiyanın 2 ballistik raketi məhv edildi – FOTO

14.36 Zelenskinin yeni müraciəti yayıldı – VİDEO

14.16 Ukrayna Rusiya ordusunun Kiyev və Xarkova hücumunu dayandırdı

14.02 Belarusun Baş Qərargah rəisi istefa verdi: Ukraynada döyüşmək istəməyib – FOTOFAKT

13.49 Ərdoğan Putinlə Rusiya-Ukrayna müharibəsini müzakirə edir

13.25 Rusiya hərbçiləri Ukraynanın 5 yaşayış məntəqəsini ələ keçirdi – RƏSMİ

12.38 Rusiya ilə danışıqlarda iştirak edən ukraynalı kəşfiyyatçının ölüm səbəbi AÇIQLANDI

12.29 Mariupolda sakinlərin təxliyəsinə başlanıldı

12.21 Ukrayna əsir götürülən rus əsgərləri ilə bağlı sayt yaratdı

11.31 Ukraynada rus ordusunun 92 təyyarəsi və helikopteri vurulub

11.17 Rus qoşunlarının Ukraynada itkiləri açıqlandı

11.03 Müharibənin 11-ci günü: Ukrayna ordusu müdafiə əməliyyatı keçirir – Baş Qərargahın XÜLASƏSİ

10.07 3 min amerikalı Zelenskinin çağırışına qoşuldu – Rusiya ilə müharibəyə gedir

09.28 Ukraynada deputatın köməkçisi yaxalandı – Rusiyaya casusluq edirmiş

02.22 Ukrayna ordusu: “Rusiyanın 3 milyard dollarlıq texnikası vurulub”

00.17 “Təslim olmuram, müqaviməti dayandırmaq olmaz” – Zelenski

06.03.2022

23.14 Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunun yeri açıqlandı

22.39 Zelenski razılıq verdi: Putinlə Türkiyədə görüşəcəklər

22.02 Ərdoğanla Putin TELEFONLA DANIŞACAQ – Ukrayna müzakirəsi

21.36 Rusiya ordusu yenidən Mariupola hücuma keçdi

21.17 Rusiya ordusu Ukraynanın bu şəhərindən çıxarıldı

20.19 ABŞ qırıcıları Ukraynaya gəlir: Co Bayden qərarını verdi…

19.57 Rusiya ordusu Ukraynanın böyük hərbi bazasını ələ keçirdi – VİDEO

19.50 Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunun TARİXİ

18.28 Rusiya təyyarəsi vuruldu, pilot əsir götürüldü – VİDEO

17.22 Putindən dünya müharibəsi ilə bağlı XƏBƏRDARLIQ: “Üçüncü tərəf qarışsa…”

17.10 Putin: “Kiyevdən zəng etdilər, bizimkilər dərhal atəşi dayandırdı” – VİDEO

16.59 Putin: “Hərbi əməliyyata başlamaq qərarı çətin idi, amma məcburduq”

16.27 Atəşkəs cəmi 1 saat çəkdi: Rusiya ordusu bombardman edir…

15.48 Ukraynanın Rusiya ilə danışıqlarda iştirak edən nümayəndəsi ÖLDÜRÜLDÜ – Xəyanətə görə – FOTO

14.36 Xarkovda həlak olan azərbaycanlı ailə ilə bağlı YENİ AÇIQLAMA – Sağ qalan 2 yaşlı uşaq hardadır? 

14.03 Ukrayna Rusiyaya məxsus helikopteri belə vurdu – ANBAAN GÖRÜNTÜLƏR 

12.51 Xarkovda azərbaycanlı ailənin 4 üzvü öldü

12.43 Rusiyanın 10 mindən çox hərbçisi öldürülüb – Ukrayna Baş Qərargahı 

12.15 Kiyev metrosunda diversant saxlanıldı, əlində qumbara ilə – FOTO

11.37 Ukraynanın 2037 hərbi obyekti məhv edilib – Rusiya MN

10.39 Rusiya Ukraynada sükut elan edir

10.30 Rusiyanın aviasiya itkiləri açıqlandı – Ukrayna MN 

07.16 Zaporojye AES normal rejimdə işləyir – MAQATE

06.27 Ukrayna ordusu Rusiyanın desant gəmisinə hücum etdi

01.25 Ukrayna ordusu Rusiyanın desant bazasını bombaladı

00.18 “Rusiya sülh istəyən hər kəslə dialoqa açıqdır” – PUTİN

05.03.2022

22.31 Zelenski: “Ukraynanın məğlubiyyəti Avropanın süqutu olacaq”

19.28 Ukraynadan qaçdığı deyilən Zelenskinin yeri açıqlandı 

18.24 Ukraynada yaralanan azərbaycanlı sürücü öldü

18.14 Sabah danışıqların üçüncü raundu keçirilə bilər – UKRAYNADAN AÇIQLAMA

17.37 Eks Ukrayna prezidentləri Rusiyanın əməliyyatlarına hansı reaksiyanı verib? – ARAŞDIRMA  

17.14 NATO Ukraynada vəziyyətin daha da pisləşəcəyini gözləyir 

16.29 “Rusiyanın qonşu ölkələrə qarşı heç bir pis niyyəti yoxdur” – PUTİN – VİDEO

16.20 Ukraynanı tərk edənlərin sayı 1,25 milyonu ötdü

15.38 Rusiya və Belarus Baltikyanı Dövlətlər Şurasından çıxarıldı

15.19 Zaporojye AES-dəki fəlakət Çernobıldan altı dəfə böyük ola bilər

14.59 Rusiya Melitopola 100 tondan çox humanitar yardım göndərdi – VİDEO

14.47 Dominik Raab: “Biz ukraynalı qaçqınları oliqarx malikanələrində yerləşdirəcəyik”

14.35 Ukraynadan təxliyə edilən azərbaycanlı Polşada gözyaşardıcı qazdan zəhərləndi – VİDEO 

14.33 Kiyevdə müharibə başlayandan 390 körpə dünyaya gəlib – FOTO

14.18 Çerniqovun bombalanması nəticəsində 47 nəfər həlak olub

14.13 Ukraynada avtomobil atəşə tutuldu, azərbaycanlı öldü 

13.40 Ukraynadan 1000-dən çox azərbaycanlı Rumıniyaya təxliyə edildi

13.20 NATO-dan Rusiyaya TƏLƏB: “Bütün qoşunlarını Ukraynadan çıxarsın” 

13.06 Bakıdan Rusiyaya birbaşa uçuşlar LƏĞV EDİLDİ? – Rəsmi açıqlama

12.36 Azərbaycanlı deputat 2 rus əsgərini əsir götürdü – ANBAAN VİDEO

12.11 ÜST-dən Ukraynaya 36 tonluq YARDIM

11.34 Zelenskiyə bir həftədə 3 sui-qəsd cəhdinin qarşısı alındı 

10.55 Kadırov Putinə SƏSLƏNDİ: “Sizin üçün canımı verməyə hazıram”

10.53 Zaporojye AES-in ərazisi Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçdi – FOTO 

10.48 Moskvadan İrəvana uçan təyyarə geri qaytarıldı – FOTOFAKT 

10.02 Rusiyalılar bütün istiqamətlərdə itki verir – Ukrayna MN 

09.52 “Yandex.ru”nun rəhbərindən ETİRAZ: Ukraynaya görə istefa verdi – FOTO

09.38 Ukraynadan təxliyə edilən azərbaycanlılar Rumıniyaya çatdı – FOTO 

08.59 Zaporojye AES-də baş verən yanğın lokallaşdırıldı – VİDEO

08.53 Ukraynada Rusiyanın daha üç təyyarəsi vuruldu

08.02 Rusiyadan gözlənilməz HƏMLƏ: Avropanın ən nəhəng nüvə elektrik stansiyasını atəşə tutdu

04.03.2022

23.44 UKRAYNA: “Belarus ordusuna hücum əmri verilib”

22.48 Rusiya ordusu Ukraynanı bu hərbi texnikalarla vurur – FOTO

22.24 Kiyevdə türkiyəli jurnalistlər atəşə tutuldu: Onlarla əlaqə kəsilib – SON DƏQİQƏ

22.14 Vladimir Putin: “Ruslar və ukraynalılar bir xalqdır”

21.55 Mixail Podolyak: “Ukrayna danışıqlarda istədiyi nəticəni almadı”

21.21 Rusiyaya qarşı ikinci cəbhə açılır: “Kuril adalarından dərhal çıxın”

21.14 Putin: “Rusiya ordusu tapşırıqları plana uyğun icra edir” – VİDEO

21.03 Bu gün Xarkovdan 500 azərbaycanlı təxliyə edilib

20.51 ŞOK FAKT ÜZƏ ÇIXDI: Erməni terrorçuları ukraynaya qarşı vuruşur – FOTO/VİDEO

20.43 Zelenski Putinə səsləndi: “Mənimlə Makronla danışdığın kimi 30 metrdən danışma…” – VİDEO

20.25 Ukrayna parlamenti ölkəyə BMT sülhməramlılarını dəvət etdi

19.44 Ukrayna-Rusiya danışıqlarının DETALLARI: Hazırda üç məsələ müzakirə edilir – VİDEO

18.55 Rusiya-Ukrayna danışıqlarının ikinci raundu başladı – YENİLƏNİB/VİDEO

18.29 Rusiyadan 540 soydaşımızın Azərbaycana keçidi təmin edildi

18.05 Odessa limanında yük gəmisi partladı – 4 nəfər itkin düşüb

16.41 Ukrayna nümayəndə heyəti Rusiya ilə danışıqlara helikopterlə getdi – FOTO

16.17 Ukraynanın bu şəhəri Rusiya qoşunlarından təmizləndi – VİDEO

15.00 Rusiyanın Su-34 qırıcı təyyarəsi Ukraynada vuruldu

14.12 Ukrayna-Rusiya danışıqlarının vaxtı və yeri dəqiqləşdi

14.09 Zelenski: “Odessamızı məhv etmək istəyənlər Qara dənizin dibini görəcək”

13.31 Zelenski: “Təslim olacağımızı düşünənlər Ukrayna haqda heç nə bilmir” – VİDEO 

13.57 Rusiyanın general-mayoru Ukraynada həlak oldu

11.10 Rusiyanın hərbi texnikalarında yazılan “Z” və “V” hərflərinin İZAHI – FOTO 

03.18 Ukraynada müharibə zamanı 20-dən çox uşaq öldü

03.03.2022

22.47 Kiyevdə güclü partlayış baş verdi – YENİLƏNİR

21.32 İKİNCİ RAUND: Rusiya-Ukrayna danışıqları “Ovçu evi”ndə keçiriləcək – FOTO

20.56 Rusiya Ukraynada ölən əsgərlərinin sayını AÇIQLADI

17.57 Rus hərbi əsir: “Putin Ukraynanın 3 günə ələ keçiriləcəyini gözləyirdi” – VİDEO

17.32 “Ata, bizi tələyə saldılar”: Nikolayevdə rus əsgərləri əsir düşdülər – VİDEO

16.56 Ukraynada əsir düşən rusiyalı hərbçilər bu şərtlə geri qaytarılacaq – DETALLAR

16.21 Kiyevdə diversantlar həbs edildi: Uşaq oyuncağının içində güllə olub – FOTO

15.31 Ukraynadan Polşaya təxliyə edilən Samir Adıgözəlli: “Polis bizə zülm edir” – VİDEO

15.04 Lavrovdan 3-cü Dünya Müharibəsi ilə bağlı PROQNOZ: “Bu, baş verərsə, hər yer…”

14.57 Rusiya Ukraynanın nüvə silahı əldə etməsinə icazə verməyəcək

14.47 Əsir düşən rus əsgərinin həyat yoldaşı ilə maraqlı dialoqu – VİDEO

14.16 Aİ ölkələri Rusiya üçün bütün limanlarını bağlamağa hazırlaşır

14.14 Ukraynada doğum evi rus hərbçilər tərəfindən atəşə tutuldu – FOTO 

14.10 “WizzAir”dən ukraynalı qaçqınlara DƏSTƏK – 100 min pulsuz bilet ayrılır 

13.33 Ukrayna-Rusiya danışıqlarının vaxtı dəyişdirildi – YENİ TARİX – YENİLƏNİB

13.28 “Moskvanın ümid etdiyi ölkələr Ukraynanın koalisiyasına qoşulub” – Zelenski

12.58 İspaniya Ukraynaya hücum silahları göndərəcək

12.42 Ukraynada azərbaycanlı ailə 6 gündür zirzəmidədir – VİDEO

12.24 Zelenskidən dünya yəhudilərinə ÇAĞIRIŞ: Ukrayna vətəndaşlarının öldürülməsinə səssiz qalmayın – VİDEO

12.16 Kanadadan Rusiya gəmiləri ilə bağlı QADAĞA – Nazir açıqladı

11.56 SOCAR-dan Ukraynada yanacaq tədarükü ilə bağlı AÇIQLAMA

11.38 Ukraynanın Sankt-Peterburqdakı Baş Konsulluğu fəaliyyətini dayandırdı

11.31 Kiyevdəki teleqüllənin yayım avadanlığı sıradan çıxarıldı

11.17 Rusiya MN: Xerson tam nəzarətə götürülüb

11.04 Ukraynada rusiyalı polkovnik döyüş zamanı öldürüldü – FOTO

10.56 Ukraynadan təxliyə olunan 168 Azərbaycan vətəndaşı Bakıya gətirildi

10.43 Aİ Rusiya ilə müharibə aparmır, lakin Ukraynanı dəstəkləyir – Borrel 

09.48 Ruslar ölkədən 10 min dollardan artıq çıxara bilməyəcək – Putindən yeni QƏRAR

09.31 “Netflix”dən Rusiya ilə bağlı QADAĞA – Film layihələrini dayandırdı

09.28 Kanadada küçəyə prezident Zelenskinin adı veriləcək? – TƏKLİF

09.20 Xarkova hava hücumu Rusiya ərazisindən həyata keçirilib – ÖLƏNLƏR VAR

09.01 ABŞ hava məkanını Rusiya avia şirkətləri üçün bağladı – Bayden açıqladı

02.03.2022 

21.28 Zelenskini öldürməyə gələn çeçenlər zərərsizləşdirildi

20.05 Ukraynadakı soydaşlarımız, DİQQƏT! – Saat 12-də Kiyevdən qatar yola düşəcək

19.21 SON DƏQİQƏ: Kiyevdə teleqüllə raketlə vuruldu – VİDEO

17.23 Avropa Birliyinin yeni sanksiyasında olan rusiyalı siyasətçilər, iş adamları, jurnalistlər – TAM SİYAHI

17.14 Lavrov konfransa onlayn qoşuldu, çıxışı başlayanda Şura üzvləri zalı tərk etdi – VİDEO 

17.01 Zelenskidən Avropa Parlamentinə: “Dünən həlak olan 15 ukraynalı uşaq görəsən hansı tankda gəzib?”

16.51 Ukrayna hərbçilərinin Azov dənizinə çıxışı bağlandı – Rusiya MN

16.50 Avropa Parlamenti Ukraynanın Aİ-yə üzvlük ərizəsini alqışladı – Prezident

16.41 Zelenskidən Rusiyanın Xarkovu raketlə vurmasına REAKSİYA: “Meydanda heç bir hərbi hədəf yox idi”

16.26 Ukraynanın Aİ-yə üzvlük ərizəsi qəbul edildi – Zelenskinin Avropa Parlamentindəki çıxışının VİDEOSU

16.07 Britaniya Rusiya gəmilərinin krallığın limanlarına daxil olmasını qadağan etdi

15.52 Rusiya-Ukrayna danışıqlarının növbəti mərhələsi sabah keçirilə bilər

15.37 Lavrov Qərbi GÜNAHLANDIRDI – Ukraynada insan haqlarının pozulmasına göz yumur

15.30 Kiyevin müdafiəsi ilə təcrübəli general məşğul olacaq – Zelenskidən VACİB QƏRAR

15.08 Xarkova atılan raket nəticəsində 10 nəfər ölüb, 20 nəfər yaralanıb – YENİLƏNİB

15.00 NATO Ukraynaya hərbi qüvvə göndərməyəcək – RƏSMİ 

14.52 Rusiya – Ukrayna müharibəsində həlak olan azərbaycanlıların SİYAHISI 

14.47 Zelenski bu ölkələrdəki səfirləri geri çağırdı – SƏBƏB

14.40 Saakaşvili Gürcüstan hakimiyyətindən tələb etdi: “Məni Kiyevə göndərin”

14.29 Şoyqudan müharibə ilə bağlı AÇIQLAMA: “Məqsədimizə çatanadək davam edəcək”

14.20 Belarus da müharibəyə QOŞULDU – Qoşunları Çerniqov vilayətinə daxil olub

14.15 Ukraynada azərbaycanlı gənc yanlışlıqla güllələndi

14.12 Ukraynada 352 mülki şəxs həlak olub, 14-ü uşaqdır  

13.52 Türkiyə parlamenti xüsusi iclas keçirəcək – Ukrayna ilə bağlı  

12.54 Rusiya niyə Ukraynanın şəhər mərkəzlərini atəşə tutur? – “Maskalar düşür”

12.40 “Bayraktar” Sumı vilayətində 96 rus tankını məhv etdi – FOTO

12.29 Ukraynalı hərbçilər Donetskdə ATƏT-in 20 avtomobilini ələ keçirdi

12.01 Xarkova atılan raket Azərbaycan konsulluğunun yaxınlığına düşdü – VİDEO

11.54 Rusiya döyüşlərdə 6000 əsgərini itirdi, 200-ü əsir götürülüb 

11.46 ATƏT missiyasının üzvləri Luqanski tərk etdi

11.29 Kanada Rusiyadan neft idxalını DAYANDIRIR – Ukraynanı silahla təmin edəcək 

11.15 ABŞ Ukrayna böhranına görə məsuliyyət daşıyır – “Bayden müharibənin qarşısını asanlıqla ala bilərdi” 

11.05 “Facebook” və “TikTok”dan QADAĞA – Rusiya mediası bloklandı  

11.02 Kadırovun ETİRAFI: “Ukraynada döyüşən çeçenlər arasında itkilər var”

10.51 Odessada hərbi hissəyə zərbə endirildi

10.14 Bu gün daha 250 nəfər azərbaycanlı Xarkovdan təxliyə olunacaq

10.09 
Ukraynanı tərk edənlərin sayı yarım milyonu keçdi – Say artacaq

09.59 Ukrayna Müdafiə Nazirliyi son durumu AÇIQLADI – 5 qırıcı zərərsizləşdirilib 

09.49 Ramzan Kadırovun döyüşçüləri Ukrayna ƏRAZİSİNDƏ – VİDEO

09.40 Suriyanın xarici işlər nazirinin müavini ukraynalıları nasist adlandırdı – VİDEO

09.29 Zelenski Rusiya ilə görüşdən DANIŞDI – “Biz belə taktikaları qəbul etmirik” 

01.03.2022

23.42 Avropa Komissiyasının rəhbəri: “Ukrayna Avropa İttifaqına qəbul ediləcək”

23.19 Türkiyə rəsmən elan etdi: Boğazlardan hərbi gəmilərin keçidi DAYANDIRILDI

22.44 Ukraynadan 1600-dən çox Azərbaycan vətəndaşı təxliyə olundu

22.10 Ukraynada Rusiya helikopteri vuruldu – VİDEO

21.59 FIFA və UEFA Rusiyanı bütün yarışlardan kənarlaşdırdı

21.51 Rusiya ordusu Kiyevi “İskəndər” raketləri ilə vurur – VİDEO/YENİLƏNİB

21.43 Rusiya Müdafiə Nazirliyi: “Daha 110 Ukrayna əsgəri təslim olub”

21.19 Türkiyə boğazları Rusiya gəmilərinə bağlayacaq – ƏRDOĞAN AÇIQLADI

21.00 Rusiya-Ukrayna danışıqlarının DETALLARI: Bu məsələdə razılaşdılar – VİDEO

10.27 Rusiya-Ukrayna danışıqları başa çatdı: “Müəyyən qərarlar verilib” – VİDEO/YENİLƏNİB

20.23 Ukraynadan sabah daha 150 soydaşımız təxliyə ediləcək

20.00 Zelenskidən müharibəni alovlandıracaq addım – AZ ÖNCƏ İMZALADI… – FOTO

19.53 Rusiyadan ABŞ və ona qoşulan ölkələrə CAVAB ZƏRBƏSİ – Putin İMZALADI…

19.47 Putinin kəməri əlindən alındı – DAHA BİR QADAĞA

19.33 Putin müharibəni dayandırmaq üçün ÜÇ ŞƏRTİNİ açıqladı

19.16 Makron Putinə zəng etdi: Ukrayna ilə bağlı müzakirə

19.13 Bu ölkələr vətəndaşlarına icazə verdi: “Ukrayna uğrunda vuruşa bilərsiniz!”

19.04 Ukraynada olan Azərbaycan TIR-ları Rumıniya sərhədinə çatıb

18.56 ABŞ vətəndaşlarına müraciət: Rusiyanı dərhal tərk edin

18.41 Ukrayna Avropa Birliyinə üzv olur – ƏRİZƏ HAZIRDIR

18.20 Kiyevdə 200-dən çox rus texnikası vuruldu: 2500 əsgər öldürülüb…

16.29 Rusiya hərbi texnikası Sumun mərkəzinə doğru hərəkət edir

16.26 Ukraynadan təxliyə olunmaq istəyən azərbaycanlıların SİYAHISI hazırlanır 

16.20 Xarkova raket HÜCUMU: Azərbaycanlılar arasında ölən yoxdur – VİDEO

16.02 Ukraynada beynəlxalq legion yaradıldı, minlərlə əcnəbi müraciət etdi

15.59 Hakerlər hücum etdi, Rusiyanın aparıcı xəbər saytları çökdü

15.53 Yaponiya Ukraynaya əlavə 100 milyon yardım ayırdı

15.51 Finlandiyanın ikinci ən böyük pərakəndə şəbəkəsi Rusiya məhsullarından imtina etdi

15.41 Xarkov qradlarla atəşə tutuldu: Onlarla ölü və yüzlərlə yaralı var – VİDEO

13.57 Yaponiyadan Belarusa SANKSİYA   

13.34 Ukraynada döyüş təcrübəsi olan məhkumlar azadlığa buraxılır

12.00 Türkiyə Ukraynaya yardım göstərməyə davam edəcək – Hulusi Akar 

11.48 Ukrayna müdafiə naziri: “96 saatdır Rusiya ordusuna müqavimət göstəririk”

11.32 Ukrayna Rusiyanın itkilərini açıqladı: 29 təyyarə, 29 vertolyot, 191 tank…

09.00 Rusiyanın 11 desant gəmisi Krımdan Odessaya tərəf üzdü – Berdyansk tutuldu

04.44 Ukraynada həlak olan uşaqların sayı açıqlandı

28.02.2022

23.55 Kliçkodan Kiyevin mühasirəyə alınması ilə bağlı yeni açıqlama: “Saxta profil açıblar” 

23.40 Rusiya Xersonu yenidən raket atəşinə tutdu – VİDEO

23.28 Rus ordusu Kiyevi mühasirəyə alıb? – Kliçkodan AÇIQLAMA

22.25 Bayraktarlar Ukraynada Rusiyanın BUK raketini belə məhv etdi – VİDEO

22.03 Ukrayna və Rusiya nümayəndələri burada görüşəcək – FOTO

21.57 Ukraynanın xarici işlər naziri də yandırılan “Mriya” təyyarəsi haqda  danışdı

21.50 Ukraynada vurulan rus texnikası – YENİ GÖRÜNTÜLƏR

21.39 Xarkovda azərbaycanlı gənc öldürüldü

21.00 Avropa İttifaqından Rusiyaya daha bir ZƏRBƏ: Hava məkanını tamamilə bağladı

20.53 Ukrayna müdafiə naziri Zelenski ilə fotosunu paylaşdı: “Düşmən məlum istiqamətə gedəcək”

20.42 150 mindən çox ukraynalı ölkəni tərk etdi

20.37 Zelenski Ukraynada dünyanın ən böyük təyyarəsinin yandırıldığını təsdiq etdi

20.28 Ukrayna aeroportu Belarusdan “İsgəndər” raketi ilə vuruldu – VİDEO

19.50 Belarus ordusunun bir hissəsi Ukrayna ilə sərhədə göndərildi

19.33 Kuleba Ukraynaya humanitar yardım edən ölkələr HAQDA: “Unutmayacağıq”

19.24 Kadırov Putini Ukraynada genişmiqyaslı əməliyyata başlamağa çağırdı: “Nasistlərlə qurtarmaq lazımdır”

19.09 Rusiya ordusu Ukraynada dünyanın ən böyük təyyarəsini yandırıb – TƏFƏRRÜAT

18.51 Ukrayna Rusiya ilə danışıqlarda ilk şərtini açıqladı

18.37 Müdafiə naziri Şoyqunun Kiyevin işğalı ilə bağlı əmri səsləndirildi – VİDEO

18.26 Ukraynanın Türkiyədəki səfiri: “Kiyev Rusiya ilə danışıqlardan imtina etmir”

18.14 Ukraynaya yardım aparan 2-ci təyyarə də yola düşməyə hazırlanır – SƏFİRDƏN AÇIQLAMA

17.58 Zelenski Lukaşenko ilə telefon danışığının detallarını açıqladı

17.43 Donbasa qanunsuz yolla gələn rusiyalı jurnalistlər atəşə tutuldu

17.19 Putin Kremldə Şoyqu və Gerasimovu qəbul etdi – MÜHARİBƏ DAYANDIRILIR? – VİDEO

17.16 Kiyevdə rus qoşunları yoxdur – Şəhər merindən AÇIQLAMA

17.07 Xarkovda rusiyalı hərbçilər əsir götürüldü – FOTO

17.00 Ukrayna nümayəndə heyəti Belarusa gedir – Ruslarla görüşəcəklər

16.48 Rus ordusu Buça yaşayış məskənində də məhv edildi – VİDEO

16.25 Kiyevdə 2 rus helikopteri vuruldu

16.01 Xarkov şəhəri Ukrayna ordusunun nəzarətinə keçdi

15.54 Zelenski Lukaşenko ilə telefonla danışdı

15.51 Lukaşenko Zelenski HAQDA: “O, nə baş verdiyini anlamır” – VİDEO

15.36 Ukrayna kəşfiyyatçıları Kiyevdə çeçen silahlılarını zərərsizləşdirdi

15.22 Ukraynalı deputat Xarkovun müdafiəsi zamanı həlak oldu – FOTO

15.18 Daha 3 Avropa ölkəsi hava məkanını Rusiya üçün bağlayır

15.04 Haaqa Beynəlxalq Məhkəməsində Rusiyaya qarşı iddia qaldırıldı – Zelenskinin TVİTİ

14.43 Ukrayna ordusu Kiyev yaxınlığında rus hərbçilərinin hücumlarını dəf etdi – VİDEO

14.29 Ukraynada döyüşlər zamanı ölən və yaralanan azərbaycanlıların sayı AÇIQLANDI

14.20 Azərbaycanlı gənc Ukraynada 15 ailəni ölümdən xilas etdi – FOTO/VİDEO

14.09 Ukrayna ordusu Xarkov şəhərinin mərkəzini rus qoşunlarından təmizlədi – FOTO/VİDEO

14.00 Xarkovda “təlim keçən” daha bir neçə rus işğalçısı ələ keçirildi – VİDEO

13.32 Rusiya hərbçilərinin məxfi sənədləri Ukraynada ələ keçdi – FOTO

13.11 “Bayraktar” Ukraynada rus texnikasını belə məhv edir – VİDEO

13.08 Rus əsgərləri Ukraynada mağazaları belə talayır – VİDEO

12.51 Ukraynada həlak olan azərbaycanlıların kimliyi məlum oldu

12.47 Lukaşenkodan Ukraynanın bərpası ilə bağlı AÇIQLAMA: “Qərb kömək etməyəcək”

12.35 Covxar Dudayevin yaraqlıları Rusiyaya qarşı döyüşəcəklərini bildirdilər – VİDEO

12.27 Lukaşenko Ukraynada baş verənlər HAQDA: “Bu müharibə deyil”

12.14 Zelenskinin müşavirindən Rusiya ilə danışıqlarla bağlı yeni AÇIQLAMA

11.38 Zelenski Rusiyaya danışıqlar üçün Bakını təklif etdi

11.21 Ruslar ukraynalılarla danışıqlara başlayır? – Nümayəndə heyəti Belarusa gəldi

11.18 Xarkovda azərbaycanlı tələbə öldürüldü

11.16 Xarkov şəhərində rusların zirehli texnikası ələ keçirildi – VİDEO

11.08 Zelenski Beynəlxalq Legionun yaradıldığını elan etdi

11.04 Qərb niyə rus qoşunlarını məhv etmək üçün Ukraynaya hava zərbələri endirmir? – VİDEO

10.53 Rusiya ordusu Ukraynada neçə hərbi infrastrukturu məhv edib? – RƏSMİ

10.32 Rus qoşunları Yeni Kaxovkanı tamamilə ələ keçirdi  – ŞƏHƏR MERİ

10.30 Kiyevdə rus diversantları 3 uşaqlı ailəni güllələdilər – FOTO

10.20 Döyüş Xarkovun hansı ərazilərində gedir? – XƏRİTƏ

10.15 Xarkovda küçə döyüşləri gedir

10.07 Ötən gecə Ukraynada BAŞ VERƏNLƏR

10.03 Xarkov şəhərində rus zirehli texnikası məhv edildi – VİDEO

09.34 Kiyevdə öldürülən rus desantları – VİDEO

09.26 Kiyevə Ukrayna ordusu nəzarət edir – RƏSMİ

08.56 Kiyev yaxınlığında neft anbarı yanır – VİDEO

08.50 Rusiya ordusu bu gecə bir çox istiqamətdə hücuma keçdi

08.38 Qərb razılaşdı: Rusiya bankları SWIFT-dən ayrılacaq

27.02.2022

22.59 Rusiya ordusu Kiyevin mərkəzinə çatdı – ŞİDDƏTLİ DÖYÜŞLƏR başladı / VİDEO

21.08 Rusiya qoşunları Kiyevə doğru yeni texnika yeridir – VİDEO

20.41 Ukraynadan yeni görüntülər: Hər yer uşaq cəsədləri ilə doludur – VİDEO 

20.26 Rusiya ordusu pusquya düşdü – ANBAAN VİDEO

19.44 Ukraynada mülki əhalidən 198 nəfər öldü – VİDEO

19.26 Daha bir ölkədən vətəndaşlarına xəbərdarlıq: “Belarusu təcili tərk edin”

19.17 Putin və Zelenski Türkiyədə görüşəcək? – Ərdoğandan AÇIQLAMA

18.28 Zelenski paylaşım etdi: Boğazlar rus gəmiləri üçün bağlanıb? – FOTO

17.58 SON DƏQİQƏ: Rusiya SWIFT-dən çıxarıldı – FOTO

17.37 Ukraynalı gənc rus tankının qarşısını kəsdi – VİDEO

17.24 Ərdoğan və Zelenski arasında TELEFON DANIŞIĞI

17.18 Daha bir ölkə Rusiya üçün hava məkanını bağladı

16.56 Ukrayna danışıqlardan imtina etdi: Putin orduya yeni əmr verdi

16.46 Türkiyə hərəkətə keçdi: “Hərbi əməliyyatları dayandırın”

16.26 ABŞ vətəndaşlarına xəbərdarlıq etdi: “Belarusu dərhal tərk edin”

16.19 Kiyevdə küçəyə çıxmaq qadağan edildi: Əsgərlər atəş açacaq

15.55 Niderland Ukraynaya 200 ədəd “Stinger” göndərəcək  

15.40 Ukrayna bu ərazilərdə nəzarəti itirdi

15.33 Beynəlxalq Qızıl Xaç Komitəsinə MÜRACİƏT – “Cəsədlər Rusiyaya təhvil verilməlidir” 

15.27 Ukraynadakı vətəndaşlarımızın Rumıniya üzərindən Azərbaycana gəlişi SADƏLƏŞDİRİLDİ 

15.21 Daha bir ölkə səmasını Rusiya təyyarələrinə bağlayır

15.11 Ukraynada 198 nəfər öldürülüb, sığınacaqda 2 körpə doğulub

14.52 Rusiya müdafiə nazirliyi İNKAR ETDİ – “Kiyevdə bina zenit raketi ilə vurulub”  

14.44 Bu ölkələr hava sahəsini Rusiya aviasiyasına bağladı

14.40 Zelenski: “Biz düşmənin planını pozduq” – VİDEO

14.19 Ukraynadan Polşaya gələn qaçqınların sayı 100 min nəfərə çatdı

14.08 Qırğızıstan prezidenti Rusiyanın Ukraynadakı hərəkətlərini dəstəklədi  

14.07 25 ölkə Ukraynaya silah tədarükünü müzakirə etdi – Londonun təşəbbüsü ilə  

13.52 “Rusiyanın planlarına Ukraynanın işğalı da daxildir” – Cozef Borrel  

13.20 Müharibədə həlak olan ukraynalıların sayı açıqlandı – RƏSMİ  

13.18 Zelenskidən Avropa İttifaqına ÇAĞIRIŞ: “Üzvlük məsələsini həll edin”

13.02 Kiyevdə yaşayan azərbaycanlı yerli xalqa pulsuz balıq payladı – VİDEO

13.00 Putinin Ukrayna qarşısında 3 ŞƏRTİ – Danışıqlara başlamaq mümkün olacaqmı?

12.55 Kiyev SES-də nəzarət bərpa olundu

12.51 Çexiyada Rusiyaya dəstək verənlər həbs edilə bilər

12.17 Ukraynaya qarşı döyüşən Ermənistan hərbçisi əsir götürüldü – FOTO/VİDEO 

12.07 Kiyevdə köməksiz qalan azərbaycanlı tələbələr xilas edildi

11.43 Zaxarova Qərbin açıqlamalarını “dəlixanadan gələn reportajlar” ADLANDIRDI

11.19 Kiyevdə yaşayış binasının raketlə vurulma anının görüntüsü yayıldı – ANBAAN VİDEO 

11.09 Donetsk milisləri Donbasda 2 yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

10.56 Rusiyanın texniki itkiləri açıqlandı

10.49 Rusiya Silahlı Qüvvələri Ukraynanın 821 hərbi infrastruktur obyektini vurub – SİYAHI 

10.36 Rus qoşunları Kiyevdə mülki binaya zərbə endirdi – FOTO/VİDEO

10.22 Zelenski ukraynalılara SƏSLƏNDİ: “Saxta xəbərlərə inanmayın” – VİDEO 

10.17 “Facebook”dan Rusiyaya QADAĞA  

10.13 Zelenski ABŞ-ın təxliyə təklifinə RƏDD ETDİ

09.53 Bayden memorandum imzaladı – Ukraynaya təcili hərbi yardım göstəriləcək

09.52 Rusiyadan BMT-də Ukrayna ilə bağlı qətnaməyə VETO 

09.45 “Gedən döyüşlərdə 3500-dən çox rus hərbçi ölüb…” – Podolyak  

09.36 BMT-nin baş katibi Ukraynada böhran üzrə koordinator təyin etdi

09.31 Rusiyaya məxsus Mi-24/35 Poltovaya aviasiya raketləri ilə zərbələr endirdi – VİDEO 

09.23 Xarkova edilən hücum nəticəsində 11 nəfər ölüb, 82 nəfər yaralanıb  

09.09 Zelenski Putinin təklifini qəbul etdi, sülh danışıqlarına hazırdır  

26.02.2022

21.19 Rusiya Müdafiə Nazirliyi: “Ukraynanın 211 hərbi obyekti vurulub”

21.14 Zelenski: “Kiyevdəyəm, sona qədər vuruşacağıq” – VİDEO

19.19 Ukrayna MN: “Rusiyanın 10 təyyarəsi, 80 tankı məhv edilib”

18.57 Putin Ukrayna hərbçilərinə müraciət etdi: “Hakimiyyəti ələ keçirin, razılaşaq” – VİDEO

18.44 Mariya Zaxarova: “Putinlə Zelenskinin danışıqları üçün maneə görmürük” – VİDEO

18.10 Keçmiş prezident döyüşlərə qoşuldu: 300 nəfərlik batalyon yaratdı – VİDEO

17.58 İsraildən Ukraynaya DƏSTƏK – Humanitar yardım təklif etdi

17.32 “Şəhərdə aclıq başlayıb, bombalar yağış kimi yağır” – Xarkovda yaşayan azərbaycanlıdan AÇIQLAMA 

17.31 Kiyevdən qalxan təyyarə ölkəni TƏRK ETDİ: İçində kimlər ola bilər? – FOTO 

17.21 Polşadan antirus ADDIM – Səmasını Rusiya aviasiyası üçün bağladı

17.13 Kiyevdə son vəziyyət necədir? – Canlı bağlantı 

17.08 Rəsmi Moskva Kiyevlə danışmağa hazırdır – Minskə nümayəndə heyəti göndərilir?  

17.03 Ramzan Kadırov Zelenskiyə SƏSLƏNDİ – “Putindən üzr istə”

16.53 Kiyevdə gərginlik artır, Rusiya yeni görüntülər paylaşıb təhdid etdi – VİDEO 

16.46 İsveç Ukraynaya yardım göndərdi – Zelenski anti-Putin koalisiyası üçün təşəkkür etdi

16.09 “Ukrayna ilə yüksək səviyyədə danışıqlara hazırıq” – Putin

15.56 Ukraynalı pilot 30 saata 6 rus təyyarəsini məhv etdi – VİDEO

15.46 XİN-dən Ukraynadakı Azərbaycan vətəndaşlarına növbəti MÜRACİƏT – 2 istiqamətdə ölkədən çıxa bilərlər

15.37 Zelenski Putini danışıqlar masasına dəvət etdi – VİDEO

15.34 Zelenski bunkerə aparıldı

15.31 Ərdoğandan Aİ-yə İTTİHAM – “Rusiya-Ukrayna məsələsində qətiyyətli davranmadı”

15.14 Azərbaycan vətəndaşları Buxarestdən Bakıya yola salınacaq – Ukraynadan 100-dən çox azərbaycanlı gəlib 

14.57 Lavrovdan Ukrayna ilə bağlı MÜHÜM AÇIQLAMA – “Rusiya buna imkan verməyəcək” 

14.53 Gürcüstan mövqeyini BƏYAN ETDİ – Rusiyaya sanksiya çıxışına qoşulmayacaq

14.41 Xarkovda Ukraynadan çıxmaq istəyən azərbaycanlıların qeydiyyatı başladı

14.18 Kiyevdə “sirena” səsləri, vətəndaşlar sığınacağa qaçır – VİDEO 

14.13 Rus tankları Kiyevə doğru Sovet bayrağı ilə irəliləyir – VİDEO 

13.44 Ukraynada Rusiyaya məxsus daha bir təyyarə vuruldu

13.36 Səfirlikdən Ukraynada azərbaycanlıların yaralanması ilə bağlı AÇIQLAMA

13.27 Türkiyə Ukraynaya yardım göndərir

12.58 Ceyhun Bayramovdan Ukraynadakı azərbaycanlılarla bağlı AÇIQLAMA

12.53 Rusiya Çernobılda nəzarəti tam ələ keçirdi

12.26 Ruslar Kiyevdə zirehli texnika ilə maşının üstündən keçdilər – VİDEO 

12.23 Ukrayna neytral status barədə danışıqlara hazırdır  

12.15 Hazırda Kiyevdə küçə döyüşləri gedir – VİDEO 

12.11 Dneprdə yeni doğulan körpələr sığınacağa yerləşdirildi – VİDEO 

11.20 Qostomel yaxınlığında rus texnikası belə yanır – VİDEO

11.12 Rusiyanın 15 tankı Kiyevə doğru hərəkət edir – Şəhərdə SİRENA xəbərdarlığı

10.55 Ukraynadakı müharibədə iki azərbaycanlı yaralandı – ANBAAN VİDEO 

09.52 Rusiyanın daha bir hərbi təyyarəsi vuruldu, yaşayış yerinə düşdü  

09.14 Sumidə Ukrayna və Rusiya hərbçiləri arasında küçə döyüşü – VİDEO

08.38 Rus ordusu Zaporojye vilayətində sərhədçilərə hücum etdi – ÖLƏNLƏR VAR

08.17 Kiyevə ballistik raketlər atıldı, güclü partlayış səsləri eşidilir – VİDEO

00.08 Rusiyanın hərbi təyyarəsi qəzaya uğradı – Heyət üzvləri öldü

25.02.2022

22.17 Rusiya ordusu bu şəhəri ələ keçirdi – SON DƏQİQƏ

21.36 Rusiya ordusu Çernobıl AES-i ələ keçirdi – “Əməkdaşlar girov saxlanılır”

21.23 Rusiya Müdafiə Nazirliyi SON MƏLUMATLARI açıqladı: 83 HƏDƏF VURULUB VƏ…

21.01 Rusiya hərbçiləri Kiyevə yaxınlaşdı – Ukrayna əks hücuma keçdi – VİDEO

20.44 Putindən müharibə ilə bağlı açıqlama: “Başqa şansımız qalmamışdı”

19.54 Volodimir Zelenski Ukrayna xalqına müraciət etdi – VİDEO

19.29 14 ukraynalı hərbçinin əsir düşdüyü kadrlar yayıldı – VİDEO

19.17 Ukraynada rus ordusunun 15 ədəd T-72 tankı ABŞ raketləri ilə vuruldu

19.05 Xerson vilayətinin bir hissəsi işğal olunub – RƏSMİ

18.52 Rusiya qoşunları Belarus ərazisindən Çernobıla çatdı – Kiyevdən rəsmi açıqlama

18.18 Ukrayna “Bayraktar” PUA-sı ilə rus tanklarını belə vurdu – VİDEO

18.03 Rusiyanın Ukraynada zərərsizləşdirdiyi obyektlərin SİYAHISI 

17.57 Belarus da müharibəyə qoşuldu – Ukraynaya ballistik raket atıldı

17.46 Luqansk vilayətində şiddətli döyüşlər gedir, rus işğalçıları əsir götürüldü – FOTO

17.14 Rusiyanın Ka-52 zərbə helikopteri vuruldu – VİDEO 

17.03 Ehtiyatda olan ukraynalı hərbçi və könüllülər vətəni müdafiə üçün ayağa qalxdı – VİDEO 

16.58 Müharibəyə Rusiyadan ÖZƏL BAXIŞ: “Əməliyyatlar Ukraynada hakimiyyət dəyişən anda bitəcək”

16.53 Ukraynada əsir düşən 2 rus əsgərinin FOTOSU yayıldı

16.43 Kiyevdən son görüntülər – VİDEO 

16.41 “Donetskdə rus hərbçi yoxdur” – DXR rəsmisi 

16.38 Poroşenko: “Bu müharibə təkcə Ukraynaya deyil, vahid Avropaya qarşıdır”

16.19 Rusiya Ukraynaya niyə hücum edib? – Kremldən ilk AÇIQLAMA 

16.07 Ərdoğan Rusiyaya qarşı – “Ukraynada yaşayanların təhlükəsizliyi üçün əlimizdən gələni edəcəyik”

16.02 NATO Ukraynaya qoşun yeritmək fikrində deyil

15.57 G7 liderləri Ukrayna ilə bağlı təcili toplanacaq

15.50 Belarus Donetsk və Luqanskın müstəqilliyini tanıya bilər – “Rusiyaya lazım olanı edəcəyik”

15.48 Xarkov yaxınlığında vurulan rus tanklarının və öldürülən əsgərin GÖRÜNTÜSÜ – VİDEO

15.43 NATO-nun Rusiyanın Ukraynaya hücumuna cavabı GECİKMƏDİ – Qərar verildi

15.36 Rus qoşunları Kiyev vilayətinə daxil oldu

15.35 Ukrayna Silahlı Qüvvələri Mariupol şəhərini geri qaytardı

15.31 Ukraynadakı döyüşlər III Dünya Müharibəsinə səbəb ola bilərmi? – Çin də HAZIRLAŞIR

15:23 Ərdoğan Zelenski ilə telefonla danışdı

15.17 Ruslar Kiyevin mərkəzini raketlə vurdu – VİDEO

15.05 Rusiya ordusu Odessa vilayətinə zərbə endirdi – 18 nəfər həlak oldu

15.01 Xarkov vilayətinin bu şəhərinə raket düşdü – Bir uşaq öldü, 15 nəfər təxliyə edildi

14.52 Azərbaycanın Ukraynadakı səfirindən həmvətənlərimizə TÖVSİYƏ – “Evdən çıxmayın”

14.48 Ukraynalı kinorejissor rusiyalılara səsləndi: “Hakimiyyətinizə görə utanın”

14.37 Ukraynaya görə təcili NATO sammiti keçiriləcək

14.22 Ukrayna itkilərini AÇIQLADI – 40-dan çox hərbçi ölüb, mülki şəxslərdən yaralılar var

14.15 Rusiya ordusunun Ukraynaya bugünkü raket hücumlarının xəritəsi – FOTO

14.08 Odessada sənaye obyektləri atəşə tutuldu, ölən və yaralananlar var – VİDEO

13.43 Lukaşenko Ukraynanın müdafiə nazirini TƏNQİD ETDİ – “Özünə əziyyət verməyib”

13.43 Zelenski Rusiya ilə diplomatik əlaqələrin tam kəsildiyini BƏYAN ETDİ

13.29 BMT-nin baş katibi Putinə SƏSLƏNDİ – “Əsrin ən böyük müharibəsini başlatma”

13.26 Litvada Ukraynadakı əməliyyatlara görə fövqəladə vəziyyət elan edildi

12:59 Lukaşenko İNKAR ETDİ: “Belarus ordusu müharibədə iştirak etmir”

12.57 Minlərlə rus hərbçisi Xarkova paraşütlə endi  

12.52 Ukraynada üç sərhədçi həlak oldu

12.44 Rusiya ordusu Xarkova “Smerç” raketləri ilə zərbə endirdi

12.33 Zelenskidən orduya TAPŞIRIQ: “Rusiyaya maksimum zərər vurun”

12.09 Müharibə ilə bağlı Krım Tatarlarının lideri Mustafa Cəmildən ÖZƏL AÇIQLAMA

12.17 Zelenski ukraynalıları təşvişə düşməməyə çağırıb.

11.56 Ukraynanın müdafiə naziri Oleksiy Reznikov hər kəsi Vətəni rus işğalçılarından müdafiə etməyə çağırıb.

11.52 Ukrayna Silahlı Qüvvələrinin ilk altı ağır yaralı əsgəri Qluxov şəhərinə (Sumı vilayəti) çatdırılıb. Bizə təcili qan lazımdır! Keçmiş uşaq poliklinikasında donorlar gözləyir.

11.44 Krımdan Rusiya tankları Ukraynaya belə daxil oldu – VİDEO

11.43 Rusiya Ukraynaya qarşı təcavüzə başlayıb və artıq 11 milyard dollar itirib. Almaniya bildirib ki, belə şəraitdə və ABŞ sanksiyalarından sonra “Şimal axını 2” qaz kəmərinin istismara verilməsi qeyri-mümkündür.

11.40 Odessaya dənizdən hücum başladı.

11.40 Vinnitsa vilayətində Rusiyanın raket hücumlarından sonra hərbi hissələr – Tulçin şəhəri və Boxan kəndində atəşə tutulub. Bundan əlavə, ilkin məlumata görə, Kalinovkada hərbi anbarlar yanır.

11.34 Strateji Kommunikasiyalar və İnformasiya Təhlükəsizliyi Mərkəzi (bu, Ukraynanın hökumət təşkilatı) Şçastye şəhərinin silahlılardan geri alındığını elan edib.

11.29 Ukrayna Rusiya hərbi gəmiləri üçün Bosfor və Dardanel boğazlarının bağlanması tələbi ilə Türkiyəyə müraciət edib.

11.24 Rusiya işğalı başlayandan sonra prezident Zelenski hökumət rəhbərliyi, müdafiə sektorunun və iqtisadi blokun nümayəndələri ilə təcili görüş keçirib.

11.20 Ukrayna sərhədçiləri rus tanklarının işğal olunmuş Krım ərazisindən Ukrayna sərhədini necə keçəcəyini əks etdirən videoçarx nümayiş etdirib.

11.12 Putinin təcavüzünün qurbanları ilə bağlı ilk məlumat ortaya çıxıb. Bunu Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenko deyib.

10.38 Donetsk vilayətinin Mariupol şəhərinin atəşə tutulması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

10.36 Odessa vilayətində Podolsk şəhərində HF 0173 bombası partladılıb, 6 nəfər ölüb, 7 nəfər yaralanıb, 19 nəfər itkin düşüb.

11.02 Baş Qərargah cəbhə xəttindən yeni hesabat yayıb: “Bu gün, fevralın 24-də saat 05.00-da Rusiya Federasiyasının silahlı qüvvələri şərqdə yerləşən bölmələrimizi intensiv atəşə tutmağa başlayıb, Borispol, Ozernı, Kulbakino, Çuqev, Kramatorsk, Çernobaevka aerodromlarına raket və bombalı hücumlar başlayıb. Eyni zamanda Ukraynanın dövlət sərhədi boyunca və Krım Muxtar Respublikasının sərhədində yerləşən ərazi və yaşayış məntəqələri atəşə tutulub. Ölkə ərazisində Rusiya Aerokosmik Qüvvələrinin 5 təyyarəsi, 2 helikopteri, 2 tank vurulub. Rusiya Silahlı Qüvvələrinin bir neçə yük maşını məhv edilib.

11.00 Baş Qərargahından mesaj: “Sakit olun və ukraynalı müdafiəçilərə inanın. Beləliklə, biz qalib gələcəyik!”.

10.58 Tanınmış ukraynalı politoloq Taras Berezovets belarusları Lukaşenkoya qarşı durmağa çağırıb.

10.55 Prezident Zelenski ABŞ, Almaniya, Polşa, Böyük Britaniya və Avropa Şurası liderləri ilə danışıqlar aparıb. O, Rusiyaya qarşı ən sərt sanksiyaların dərhal tətbiqinə çağırıb.

10.52 Ukrayna prezidenti Zelenski deyib ki, düşmən bomba və raketlərlə yanaşı, saxtakarlıqla da Ukraynaya hücum edir. Ona görə də dövlət başçısı hər saat rəsmi açıqlamalar verəcək.

10.47 Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bütün dünyadakı ukraynalılara müraciət edib. “Dünyadakı Ukrayna icmaları: Putin hücum etdi, amma heç kim qaçmır. Ordu, diplomatlar, hamı işləyir. Ukrayna döyüşür. Ukrayna özünü müdafiə edəcək. Ukrayna qalib gələcək. Putinin işğalı ilə bağlı həqiqətləri ölkələrinizdə yaymaq və hökumətləri təcili tədbirlər görməyə çağırın”,

10.35 İvano-Frankovsk hava limanına raket hücumunun videosu yayılıb.

10.32 Lukaşenko Ukraynaya xəyanət edib və kürəyindən bıçaqlayıb. CNN kanalı tankların Belarus-Ukrayna sərhədini necə keçdiyini əks etdirən videoçarx nümayiş etdirir.

10.21 Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti Poltava şəhərində “Hava hücumu” siqnalı elan edilib. ️Xmelnitski şəhərində hərbi aerodromun uçuş zolağına çırpılıb. ️Atəş nəticəsində Mariupol şəhərində 7 fərdi yaşayış binası yanıb, Kramatorsk aerodromuna mərmi düşüb. Nijın aerodromunda ilkin olaraq 6 nəfərin dağıntılar altından çıxarılması üçün işlər aparılır.

10.19 Kiyev metrosuna pulsuz giriş açılıb. Qatarlar hərəkət etsə də metro bomba sığınacağı kimi istifadə olunacaq.

10.14 Düşmən raketləri Ukraynanın qərbinə uçub. Bütün ölkə işğalçının silahı altındadır.

10.07 Donbasdakı hava hücumundan müdafiə qüvvələrimiz düşmənin 5 təyyarəsini vurub.

09.58 Ukraynaya qarşı hücuma Lukaşenko da qoşulub. Belarus ordusu Ukrayna ilə sərhədi keçmək üçün hazırlıq vəziyyətinə gətirilib.

09.55 Reuters-in məlumatına görə, Ukraynanın hava hücumundan müdafiə sistemi ilk Rusiya təyyarəsini vurub. Ola bilsin ki, bu, zərbə vuran dron olub.

09.32 Ukrayna Silahlı Qüvvələri Rusiya hərbçilərinin Odessa yaxınlığına desant göndrəməsi ilə bağlı məlumatı saxta adlandırıb.

09.28 Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bütün sivil dünyanı çılğın diktatorun qarşısını almaq üçün 5 addım atmağa çağırıb (1. Rusiyaya qarşı dərhal dağıdıcı sanksiyalar, Rusiyanın SWIFT-dən ayrılması. 2. Rusiyanın bütün formatlarda tam təcrid edilməsi. 3. Ukrayna üçün silah və avadanlıq. 4. Maliyyə yardımı. 5. Humanitar yardım).

09.25 Kiyev meri Vitali Kliçko şəhər sakinlərinə müraciət edib.

09.22 Rusiya diversantları Sumi yaxınlığında artilleriya sursatları olan anbarı partladıblar.

09.19 Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşenko Rusiyanın hansı obyektləri vurduğunu bildirib.

09.16 Kiyevdə hava hücumu sirenləri işə salınıb. Prezident Zelenski Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

09.11 ABŞ və müttəfiqləri bu gün Rusiyaya qarşı “tam miqyaslı” sanksiyaları elan edəcəklərini vəd ediblər, CNN telekanalı xəbər verir.

09.04. Putin bütün dünyanı təhdid edib ki, Rusiyaya hücum “istənilən” təcavüzkar üçün məğlubiyyətə və dəhşətli nəticələrə gətirib çıxaracaq.

08.57 NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Alyans üzvləri bu gün Rusiyanın Ukraynaya hücumunu müzakirə etmək üçün bir araya gələcəklər.

08.54 Qondarma “LXR” silahlıları rus işğalçılarının dəstəyi ilə Luqansk vilayətinin Şçastye şəhərinə basqın ediblər.

08.47 Borispol şəhərinin meri Volodimir Borisenko hava hücumundan müdafiə qüvvələrinin Borispol hava limanında düşmənin hava hücumunu dəf etməsindən danışaraq insanları bir az da olsa arxayın edib.

08.45 Ukrayna Prezidenti Vladimir Zelenski bütün Ukraynada hərbi vəziyyət tətbiq edib.

08.42 ABŞ prezidenti Co Bayden Ukrayna xalqının Rusiyanın əsassız hücumuna məruz qaldığını bildirib. O, söz verib ki, ABŞ, onun müttəfiqləri və tərəfdaşları Rusiyanın Ukraynaya qarşı təcavüzünə cavab verəcəklər: “Hücumun gətirəcəyi ölüm və dağıntılara görə yalnız Rusiya məsuliyyət daşıyır”.

08.40 Mariupol səhər saatlarında xüsusilə şiddətli atəşə məruz qalıb.

08.34 Ukrayna prezidenti Ukrayna xalqına təcili müraciət edib.

08.30 Rusiyalılar sosial şəbəkələrdə qoşunlarının Ukraynaya raket zərbələri endirdiyi videonu yayıblar.

08.28 Andrey Tsapliyenko Krımdan tank işğalının başladığını və təcavüzkarın Xarkov vilayətində də sərhədi keçdiyini bildirib.

08.27 Hərbi jurnalist Andrey Tsapliyenko öz Telegram kanalında işğalın qurudan da başladığını bildirib.

08.25 Ukrayna öz hava məkanını bağlayıb, bütün təyyarələr ölkə ətrafında uçur.

08.21 Ukrayna Putini dayandırmaq üçün BMT Təhlükəsizlik Şurasının dərhal çağırılmasını tələb edir.

08.16 Ukraynanın xarici işlər naziri Dmitri Kuleba onlayn bəyanatla çıxış edib. O, baş verənləri müharibə adlandırıb.

06.50 Bu dəqiqələrdə Odessa, Xarkov, Nikolayev, Mariupol, Berdyansk, Vasilkov və Borispolda vaxtaşırı güclü partlayış səsləri eşidilir.

06.40 Putin ictimai televiziya ilə çıxış edərək, Donbassda xüsusi əməliyyatın başlandığını elan edib. O, yenidən Ukraynaya ultimatum verərək dərhal təslim olmağı tələb edib.