Dünya

Rusiya Ukraynaya bu çay üzərindən hücuma keçə bilər-Bir gecədə körpü tikilib…-FOTO

Rusiya Ukraynaya bu çay üzərindən hücuma keçə bilər-Bir gecədə körpü tikilib…-FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Belarus ərazisində Ukraynaya aparan körpü tikilib. Amerika kəşfiyyat peykləri Belarus ərazisində, Ukrayna sərhədindən bir neçə kilometr məsafədə- Pripyat çayı üzərindən – hərbi texnikanın keçə biləcəyi ponton körpüsünün necə peyda olduğunu qeydə alıb. Körpü keçidi son iki gündə tikilib.
Moderator.az Ukraynanın “Seqodnya” nəşrinə istinadla xəbər verir ki, bu barədə Amerikanın “CNN” telekanalı məlumat yayıb.
Bir mənbə jurnalistlərə belə deyib:
“Rusiya körpülər, səhra xəstəxanaları, hər cür dəstəkləyici infrastruktur tikir. Buna görə də biz onların deeskalasiya iddialarını ciddi qəbul etmirik”.
Üç yaxşı məlumatlı digər mənbə isə CNN-ə bildirib ki, Qərb kəşfiyyat orqanları Ukrayna sərhədləri yaxınlığında dəstəkləyici infrastrukturun tikintisini diqqətlə izləyir.
“Həm yeni yol, həm də Belarusun cənubundakı Pripyat çayı üzərindən keçən körpü sərhəddən dörd mildən az məsafədədir və hazırda Belarusda olan rus qoşunları Kiyevə hərəkət etmək üçün  onlardan istifadə edə bilər. “Maxar” və “Planet” peyk çəkilişləri çərşənbə axşamı demək olar ki, bir gecədə meydana çıxan ponton körpünün necə göründüyünü göstərir. ”, – deyə mənbələrdən biri bildirib.
Körpünün tikintisini Rusiya , yoxsa Belarus qoşunlarının apardığı bəlli deyil. Ancaq onun yaxınlığında hələ də hərbi texnikanın yığılması müşahidə edilməyib.