Region

Rusiya XİN rəhbəri qazaxıstanlı həmkarı ilə regional təhlükəsizliyi müzakirə edib

Rusiya XİN rəhbəri qazaxıstanlı həmkarı ilə regional təhlükəsizliyi müzakirə edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu BRİKS ölkələrinin xarici işlər nazirlərinin toplantısı çərçivəsində keçirilən görüşdə regional və beynəlxalq təhlükəsizliyi müzakirə ediblər.

7Times.az xəbər verir ki, bu barədə Rusiya XİN-in bəyanatında deyilir.

Qeyd olunub ki, diplomatlar Rusiya ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqliyin inkişafı, regional və beynəlxalq təhlükəsizliyin aktual məsələlərini müzakirə ediblər.

Vurğulanıb ki, nazirlər arasında söhbət ənənəvi olaraq Rusiya-Qazaxıstan dialoquna xas olan dostluq şəraitində keçib.