Rusiyanın Leninqrad vilayətinin Şlisselburq şəhərində gecə saatlarında kafedə dava düşüb.
7times.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının vilayət üzrə istintaq komitəsi məlumat yayıb.
Bildirilir ki, “Bakı” kafesində onlarla insanın iştirakı ilə baş verən atışma nəticəsində 39 yaşlı Azərbaycan vətəndaşı qətlə yetirilib.
Belə ki, həmin şəxslər aralarındakı münaqişəni həll eləmək üçün görüşsələr də razılığa gələ bilməyiblər və onların arasında atışma başlayıb.
Atışmaya bir müddət əvvəl Peterburqun Nevski rayonunda azərbaycanlılar arasında yaşanan münaqişənin səbəb olduğu ehtimal edilir. pravda.az
Follow @7timesaz