Aktual

Rusiyada nəhəng şirkət çökdü: Böhrana dözmədi

Rusiyada nəhəng şirkət çökdü: böhrana dözmədibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbin sanksiyaları Rusiyanın böyük avtomobil istehsalçısı “Lada” zavodlarının fəaliyyətini dayandırıb. “Lada” zavodlarında minlərlə işçi məzuniyyətə göndərildiyi üçün montaj xətləri bir müddət boş qalıb.

“Ölkə.Az” xəbər verir ki, şirkət avtomobil istehsalı üçün lazım olan materialları tapa bilməyib. Bu isə Rusiya avtomobil zavodlarının gələcəyini mübahisəli edib.

Belə ki, sanksiyalar fonunda Rusiya banklarının “Swift” ödəniş sistemindən kənarda qalması Rusiya şirkətlərinin təchizatçılarla sövdələşmələrini dayandırmasına səbəb olub.

“Lada”nın təsisçi şirkəti “AvtoVAZ” açıqlamasında avtomobil hissələrinin 20%-dən çoxunun Rusiya xaricindən gətirildiyini, Avropa ilə ticarətin dayanması ilə “AvtoVAZ”ın da fəaliyyətinin dayanacağı bildirilib. Bir digər açıqlamada isə “Lada”nın martın 11-dək zavodlarını bağlamağı planlaşdırdığı söylənib.

Qeyd edək ki, zavodun fəaliyyətini dayandırması “AvtoVAZ”ın aparıcı şirkəti “Renault” üçün də böyük problem yarada bilər. Belə ki, “Lada” ötən il təqribən 350 min avtomobil satışı edib ki, (“Renault”un bütün satışlarının 12%-i) bu da Rusiyanı Fransadan sonra ikinci ən böyük bazara çevirib. Bununla da, “Renault” Rusiyadakı əməliyyatlardan 181 milyon dollar xalis mənfəət əldə edib.