İqtisadiyyat

Rusiyadan aldığımız qatarların üzərinə şəkillər çəkilib: Geri qaytarılır? – AÇIQLAMA

Rusiyadan aldığımız qatarların üzərinə şəkillər çəkilib: Geri qaytarılır? – AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Metropoliteninin Rusiyadan aldığı yeni vaqonlar yolda olarkən naməlum şəxslər tərəfindən üzərinə qraffiti ilə şəkillər çəkildiyi bildirilir. Bununla bağlı fotolar sosial şəbəkələrdə yayılıb. 

7times.az xəbər verir ki, Metropolitenin mətbuat katibi Bəxtiyar Məmmədov iddialara münasibət bildirərək qeyd edib ki, vaqon iki hissədən ibarət olmaqla Bakıya yola salınıb: “Bundan əvvəl Bakı metrosunun nümayəndələri vaqonların “Bakı Metropoliteni” QSC-nin texniki şərtlərinə uyğun istehsal olunmasını təftiş ediblər. Heç bir problem olmayıb və qatarlar səfərə hazırlanıb. Srağagün birinci, dünən ikinci hissə yola salınıb. Hazırda qatarlar yoldadır və hər hansısa problem yoxdur.

Ümumiyyətlə, qatarların yolboyu saz-sağlam və xətərsiz-problemsiz daşınmasının məsuliyyəti istehsalçı müəssisənin üzərinə düşür. Ümumən qatarlar Bakıya çatdıqda və “Nərimanov” elektrik deposuna daxil olduqda ictimaiyyətə əlavə məlumat veriləcək. Bu, həmişə belə olub və bu dəfə də belə olacaq”.

Qeyd edək ki, yayılan ilkin məlumata görə, Rusiya ərazisində olarkən üzərinə qraffiti çəkildiyi üçün vaqonlar geri qaytarılıb.Yenisabah.az

Rusiyadan aldığımız qatarların üzərinə şəkillər çəkilib: Geri qaytarılır? -  AÇIQLAMA