Aktual

Rusiyadan KRİTİK QƏRAR – Aprelin 1-dən dayandırılır

Rusiyadan KRİTİK QƏRAR – Aprelin 1-dən dayandırılırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya günəbaxan toxumunun ixracına tam qadağa, günəbaxan yağının və soya unun ixracına kvota tətbiq edib.
Sfera.az “RİA Novosti”yə istinadən xəbər verir ki, aprelin 1-dən avqustun 31-dək Rusiyadan günəbaxan ixracı mümkün olmayacaq. Aprelin 15-dən avqustun 31-dək isə günəbaxan yağının və soya unun ixracına məhdudiyyət gətiriləcək.

Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi günəbaxan yağının ixracına qeyri-tarif kvotası tətbiq edib. Bu qaydaya əsasən qeyd edilən müddətdə 1,5 milyon tondan çox yağ, 700 min tondan artıq soya unu satılmayacaq.

Kənd Təsərrüfatı Nazirliyi qeyd edir ki, hazırda günəbaxan yağı və yağlı bitkilərin dünya qiymətlərinin kəskin artması fonunda Rusiya məhsullarına tələbat artmaqdadır. Bu qərarlar daxili bazarın qorunmasına və emal müəssisələrinin tələbatının ödənilməsinə yönəlib.