Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Bakı və İrəvana sərhəddəki vəziyyətin həllində kömək göstərməyi təklif edib və Azərbaycan-Ermənistan delimitasiya və demarkasiya komissiyasının yaradılması təşəbbüsü ilə çıxış edib.
7times.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Tacikistan xarici işlər naziri Sirociddin Muhriddin ilə danışıqlardan sonra açıqlama verib.
Onun sözlərinə görə, Rusiya sərhəd demarkasiyası üzrə Azərbaycan-Ermənistan komissiyasının yaradılmasının tərəfdarıdır və bu qurumda vasitəçi olmağa hazırdır.
“Dünən KTMT xarici işlər nazirlərinin işinə qeyri-rəsmi rejimdə başladıq. Erməni həmkarlarımızın müraciətinə baxdıq və bu tələbə uyğun olaraq İrəvan ilə Bakı arasındakı münasibətlərdəki vəziyyəti müzakirə etdik. Rusiya Federasiyası bu məqsədlə ortaq bir Azərbaycan-Ermənistan komissiyası nıyaratmaq təşəbbüsü ilə çıxış edərək sərhədlərin delimitasiyası və demarkasiyasına kömək etməyi təklif edib, əgər istək olarsa, bu komissiyada Rusiya vasitəçi kimi iştirak edə bilər”, – deyə Lavrov qeyd edib.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri mayın 12-dən Laçınla Ermənistanın Gorus bölgəsi arasında yerləşən Qaragöl istiqamətində dövlət sərhədinin dəqiqləşdirilməsi -delimitasiya və demarkasiya işləri görməyə çalışır. Ermənistan tərəfi isə təxribat xarakterli bəyanatlar yaymaqla Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Guya, Azərbaycanın Silahlı Qüvvələri sərhədi keçərək bir neçə kilometr məsafədə Ermənistanın ərazisinə daxil olub. İşğalçı ölkənin rəsmiləri bununla bağlı, hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) da müraciət edərək hərbi yardım istəyib. Qafqazinfo.az
Follow @7timesaz